24 C
Baku
Friday, April 26, 2024

Kollektor / İcra mütəxəssisi (Gəncə və Ağdaş) – KredAqro

Kollektor / İcra mütəxəssisi (Gəncə)

 

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC GƏNCƏ və Ağdaş şəhərində yerləşən filialları üçün KOLLEKTOR / İCRA MÜTƏXƏSSİSİ vəzifəsinə işçi axtarışı elan edir.

Əsas vəzifə və öhdəliklər:

  • Problemli kreditlərin sağlamlaşdırılması və borcun qaytarılması istiqamətində tədbirlərin həyata keçirilməsi;
  • Tələbə uyğun olaraq məhkəmə qərarı olan işlərlə əlaqədar lazımi sənədlərin toplanması və müvafiq struktur bölmələrə təqdim olunmasının həyata keçirilməsi;
  • Problemli kreditlərlə iş üzrə müxtəlif hesabatların hazırlanması və aidiyyatı üzrə təqdim edilməsi;

Tələb olunan keyfiyyətlər:

  • İş yeri: Gəncə şəhəri;
  • Ali təhsil;
  • Bank və yaxud qeyri bank sahəsində ən azı 1 (bir) il iş təcrübəsi;
  • Kredit sahəsində ən azı 6 (altı) ay iş təcrübəsi;
  • Microsoft Office proqramlarında (Word, Excel) işləmək bacarığı;
  • Riyaziyyat, iqtisadiyyat və ya idarəetmə sahələri üzrə baza biliklər;
  • Etibarlı sürücülük vəsiqəsi;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
  • Müştərilərlə davranış etikası.

 

Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Kollektor/İcra mütəxəssisi Gəncə) qeyd etməklə göndərmələri xahiş olunur.

CV-lər həmçinin aşağıda göstərilən ünvana təqdim edilə bilər:

“Gəncə” filialı
Ünvan: Gəncə şəhəri, N.Nərimanov küçəsi 22

“Ağdaş” filialı
Ünvan: Ağdaş şəhəri, H.Əliyev prospekti 106

“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər