13 C
Baku
Friday, April 19, 2024

Komissiya haqqları sürətlə qalxır

Artıq ölkədə kreditlərin bahalaşması adi bir hala çevrilib. Maddi vəziyyəti aşağı olan şəxslər də faizlərin yüksək olmasına baxmayaraq məcbur qalaraq bankdan kredit əldə edirlər.

Bəzən isə bir neçə bankın kredit faizini aşağı saldığının şahidi oluruq. Lakin bu da məsələni sadələşdirmir. Çünki, bir illik faizlərini aşağı salan banklar komissiya haqqını yüksəldirlər. Yəni gəlir götürmək üçün başqa yola əl atırlar.

Hazırda ölkəmizin bəzi banklarında təklif etdikləri məhsullardan asılı olaraq komisyon haqları hətta 8-9 % -ə çatır. Bu da digər Avropa ölkələrinin komisyon haqları ilə müqayisədə çox yüksəkdir. Halbuki texnologiya və inkişaf baxımında hələ banklarımız digər ölkələrdən heç də ön sıralarda durmur. Bir çox bank reklamlarında faizlərdə bir müddətlik endirimlər və ya dəyişikliklər olduğunu söyləyirlər. Təbii ki, əhali də reklamda qeyd olunan faizlərlə daha sərfəli kreditlər əldə edə bilmələri üçün həmin banklara müraciət edir.

Lakin kreditlərin illik faizləri nə qədər aşağı düşsə də, yenə bank həmin faizləri müştəridən alır. Belə ki, faizlər aşağı endiyi zaman da komissiya haqları yuxarı qalxır.

Yəni siz misal üçün 1 000 AZN kredit əldə etmək istəyirsinizsə, bu məbləğin hamısı Sizə gəlib çatmır. Bank həmin 1 000 AZN dən müəyyən bir faiz tutur. Təbii ki, bu faizin Sizin daha sonrakı ödəyəcəyiniz illik faizə heç bir aid deyil. Komissiya haqqı artıq bir çox banklarda yüksəldiyinə görə artıq müştəri bankdan kredit aldığı zaman əldə etməsini anlamaqda çətinlik çəkir ki, ödədiyi məbləğ komissiya haqqıdır, yoxsa banka təqdim etdiyi bir növ şirinlik.

İstehlak kreditləri üzrə komissiya haqqları durmadan artır. Komissiya haqları kreditin məbləğində və müddətdən asılı olaraq artıb azala bilər. Hazırda bankda olan ən yüksək komisyon haqlarına diqqət yetirək.

komissiya

Onu da qeyd edək ki, komisyon haqqı bankların ayırdığı kreditlərin rəsmiləşdirilməsi üçün çəkilən xərcləridir. Söhbət bank müştəriləri haqqında məlumatların saxlandığı Mərkəzi Bank yanında Mərkəzləşdirilmiş Kredit Reyestrinə sorğu göndərilməsi, verilmiş kreditlərin sığortalanması, bankda hesab açılması və digər işlər üçün vətəndaşdan alınan puldan gedir.

Son xəbərlər
Digər xəbərlər