26 C
Baku
Friday, April 19, 2024

Kommersiya bankının likvidliyi

Likvidlik göstəricisi kommersiya bankının vaxtlı-vaxtında, tələb olunan anda öz maliyyə öhdəlikllərini yerinə yetirmək qabiliyyəti kimi başa düşülür. Mahiyyət etibarı ilə maddi dəyərlərin və balans aktivlərinin pul resurslarına çevrilməsidir. Kommersiya bankının aşağı likvidlik səviyyəsinə malik olması ödəmə qabiliyyətinin məhdudiyyətləri və ümumiyyətlə fəaliyyətin dondurulması riskləri ilə müşahidə olunur.

Müddətinə görə ani, qısamüddətli, ortamüddətli və uzunmüddətli likvidlik növləri fərqləndirilir. Mənbəyindən asılı olaraq likvidlik iki yerə bölünür: toplanmış (aktivlər, nağd pul) və alınma ( banklar-arası kreditlər). Likvidliyin idarə edilməsi dedikdə müxtəlif aktiv kateqoriyaları və passivlər arasında elə optimal nisbətə nail olmaq nəzərdə tutulur ki, bu, banka kreditorlar qarşısında olan bütün öhdəliklərini vaxtında və bütünlüklə yerinə yetirmək imkanı versin.

Bundan ötrü banklar kompleks tədbirlə sistemi həyata keçirir: mühasibat uçotunun təşkilinə imkan yaradılır, maliyyə politikası tərtib edilir, likvidlik risklərinin analizi və qiymətləndirilməsi metodlarını həyata keçirir, cari və strateji qərarlara nəzarət edir, xüsusi informasiya bazaları yaradır və s. Likvidliyin qiymətləndirilməsi üçün əsas qismində balans və pul axını hesablarının göstəriciləri istifadə olunur. Ən sadə qiymətləndirmə metodu əmsallar metodudur. Likvidliyin səviyyəsinə xarici və daxili faktorlar təsir edir.

Daxili faktorlar

Xarici faktorlar

Əhəmiyyətli dərəcədə şəxsi pul vəsaitləri

İqtisadi və siyasi şərait

Aktiv və passsivlərin kəmiyyət və keyfiyyət

Yenidən maliyyələşmə sisteminin təşkili

Xarici borc mənbələrindən asılılıq səviyyəsi

Banklar-arası və fond bazarının inkişafı

Yatırımların və resurs bazasının müddətlərə görə uyğunlaşdırılması

Nəzarət funksiyalarının effektivliyi

Likvidlik dərəcəsində görə bank aktivlərini aşağıdakı qruplara bölmək olar

  • birinci dərəcəli likvid aktivlər – kassa, dövlət qiymətli kağızları, müxbir hesablar;
  • yüksək likvidli aktivlər –satıla bilən korporativ qiymətli kağızlar, banklar-arası kreditlər;
  • aşağı likvidli aktivlər – standart kreditlər, faktorinq, investisiya qiymətli kağızları, lizinq;
  • qeyri likvid aktivlər – vaxtı keçmiş kreditlər, qiymətli kağızların fərqli növləri, əsas vəsaitlər və qeyri maddi aktivlər.

Bankın yetərincə likvid olmaması ödəniş vəsaitlərindəki defisitlə müşahidə olunur ki, bu zaman bahalı resursların cəlb edilməsi hesabına problemdən müvəqqəti yayınmaq mümkün olur. Nəticədə bankın mənfəətliliyi, rentabelliliyi və gəlirliliyi aşağı düşür. Likvid izafiliyi (likvidliyin çox yüksək olması) o zaman baş verir ki, bank əlində olan artıq pul vəsaitlərini yaxşı yerləşdirə bilmir. Adətən bu bazardakı maliyyə risklərinin birbaşa təsiri nəticəsində yaşanır.

Son xəbərlər
Digər xəbərlər