16 C
Baku
Friday, April 26, 2024

Kompüter arxasında işləyənlər üçün gimnastika

Kompüter arxasında  2-3 saat oturan kimi, sizin ayaqlarınız şişməyə başlayır. Tanış  vəziyyətdir?  Bu halda bizim bu günkü gimnastikamız məhz sizin üçümdür!

 Venalar ucbatından ayaqlar uzun müddət şaquli vəziyyətdə olanda (vacib deyil siz ayaq üstəsiz yaxud oturmusuz), qravitasiyanın təsirindən ayaq venalarında əlavə miqdarda qan yığılır. Fleboloqların verdiyi məlumata görə, hətta ürək-damar sistemi sağlam olan adamda 30 dəqiqə hərəkətsiz dayandığı yaxud oturduğu halda, hər ayağında vena qanının həcmi 300-600 ml artır!  İnsan nə qədər ki cavan və nisbətən sağlamdır, venaların divarları isə bərk və elastikdirlər, bu artıq qanı bütün bədənə bərabər paylaşdıra bilir və problemin qarşısını almaq mümkün olur.  Lakin illər keçdikcə venalar uzanır və sıxlığı pozulur və bərpa edilməz artıq uzanma riski, elmi dildə desək-varikoz genəlmə əmələ gəlir.

Varikoz kimi seçir?

Mak Master (Ontario, Kanada) Universitetinin tədqiqatları təyin etdi ki, ayaqların şişməsi vena çatışmamazlığı kimi, həm qadınlara, həm də kişilərə xasdır. Lakin xanımlarda xəstəliyin inkişafını törədən risk faktorları əhəmiyyətli dərəcədə çoxdur.

Kişilərdə şişmələrin əsas səbəbləri bunlardır:

artıq çəki – 69%-də müşahidə olunur;

ayaq üstə yaxud oturaq vəziyyətdə uzun müddət qalmaq – 67%-də.
Qadınlarda isə varikozun səbəbi adətən aşağıdakılar olur:

artıq çəki – 77%;
siqaret çəkmək – 61%;
uzun müddət ayaq üstə durmaq, oturmaq – 60%;
həddindən artıq dar ayaqqabı geyinmək – 15%;
harmonal kontraseptivlərin qəbulu – 43%;
hündür daban ayaqqabı – 14%.

Maraqlıdır ki, kişilərdə siqaret çəkmək və ayaqların şişməsi arasında dəqiq əlaqə aşkar edilməmişdir. Bundan başqa aydın oldu ki, şişmələrin prafilaktikası ilə əsasən şişmələrdən artııq zəhərlənmiş insanlar məşğul olur.  Simptomları epizodik  və gözə çarpacaq narahatçılıq vermədiyi insanlar praktiki olaraq öz ayaqlarına heç bir diqqət yetirmirlər. Amma, nahaq.

Kovboy oyunu oynayırıq

 Ayaq şişmələri bir qayda olaraq venalar patologiyası olduğu barədə ilk “xəbərdarlıqdır. Düzdür ,qeyd etmək lazımdır ki, bu əlamət ancaq bu problemlər haqqında deyil, digər xəstəliklər barədə, məsələn böyrək yaxud ürək çatışmamazlığı haqqında da xəbər verə bilər.  Şişmələrin baş verməsi səbəbini araşdırmağa həkim kömək edə bilər.

Əgər diaqnozun düzgünlüyünə şübhə qalmırsa, sizə vena sistemini yüngülləşdirmək lazım gələcək. Bunu iki üsulla etmək olar. Birincisi, qana passiv geri axma təmin etməkdən ibarətdir. Bunun üçün sadəcə arxası üstə uzanaraq ayaqları ürək səviyyəsindən yuxarı qaldırmaq lazımdır. Rahatlıq üçün onların altına  yastıq qoymaq yaxud onları divara söykəmək olar.  Bir də, ayaqları stolun üzərinə qoyaraq kovboy pozasında oturmaq olar. Məlum səbəblərdən bunları işdə etmək mümkün deyil, amma iş günündən sonra nə üçün evdə bunu etməyəsiniz.

Lakin venaları ancaq işdən sonra yüngülləşdirmək kifayət deyil. Xoşbəxtlikdən əzələ nasosunu işə salmaq kimi ikinci üsul var. Yeridikdə əzələlər yığılır və qanı venalardan çıxardırlar. Düzdür, yenə də hamıda və həmişə hər bir saatdan bir iş yerindən qalxaraq dəhlizdə gəzmək imkanı yoxdur. Lakin çıxış yolu həmişə var!

OFISDƏ GIMNASTIKA

 Bu gün sizə bir hissəsini stol arxasında oturaraq iş yerində etmək mümkün olan kompleks hərəkət təklif edirik. Özünüzə əlavə diqqət cəlb etmədən siz öz baldırlarınızı və pəncələrinizi gəzdiyinizdə olduğu kimi hərəkət etdirə bilərsiz. Yeganə qayda var: əgər siz ayağınıza dabanlı yaxud altı qatlanmayan ayaqqabı geymisizsə onu çıxarmalı olacaqsız.

Hər hərəkəti nə qədər istəsəniz uzun müddət ərzində etmək olar. Hər hərəkətə ən azı 1 dəqiqə vaxt sərf edin. Hər yarım saat ərzində bir yaxud hər saat ərzində üç hərəkət edin.

 MARŞ-MARŞ

Ayaq barmaqlarını özünüzə tərəf elə dartın ki, döşəməyə ancaq dabanlarınız dəysin. Baldırların gərginləşməsini hiss edin. Dabanlarınızla döşəməyə gəzinşməsayağı yavaş-yavaş vurun: qabağa arxaya,  sola sağa, ayaqları ayırma və birləşdirmə, ümumiyyətlə hərəkətlərinizi hər cür addımlamağa bənzədin.   Sonra pəncələrinizi barmaqlar üstünə qoyun, dabanlarınızı mümkün qədər yuxarı qaldırın və həmən növ addımları barmaqlarınız üstündə edin.

 ELƏ-BELƏ

Kresloya söykənin, bu vəziyyətdə əllərinizlə oturacağdan tuta bilərsiz.  Pəncələrinizi döşəmədən qaldırın, dizlərinizi və budunuzun bir hissəsini oturacaqdan azca qaldırın.  Dizlərinizi xırda-xırda qatlayın- açın: sağ baldırı qaldırdıqda sol aşağı enir və əksinə. Faktiki olaraq ayaqlarınızı havada saxlayaraq onlarla hərəkət etməlisiz.  Dayanın, 10-15 dəfə pəncələrinizi bir-birinə vurun və hərəkətləri yenidən etməyə davam edin.

Hamı rəqs edir!

Bir ayağınızın pəncəsinin uc hissəsini özünüzə tərəf çəkərək dabanını döşəməyə qoyun, o birini isə əksinə, pəncənin uc hissəsini döşəməyə qoyun. Sonra hər iki pəncəni döşəmədən qaldırın və ayaqlarınızı əks vəziyyətdə döşəməyə “endirin”,  indi daban üstə olan ayaq pəncə ucu üstə, digəri daban üstə olacaqlar. Bunu bir neçə dəfə təkrar edin.

Piyada gedirik

 Stulu masadan bir qədər geriyə çəkin, əllərinizi budlarınızın altına qoyun.  Kürəyinizlə söykənəcəyə dirənin. Yerinizdə addımlayın, dizinizi yuxarı qaldırdıqda əlinizlə kömək edərək budunuzu stuldan ayırın. Yaxşı olar ki, ayağınızı döşəməyə tam pəncə ilə qoyasınız, lakin ancaq pəncənin ucunu da qoymaq olar.

Yuvarlanmaq

Ayaqlarınızı uzadın, pəncənin uclarını özünüzə tərəf çəkin, barmaqları var gücünüzlə sıxın. Pəncəni yüngülcə dabandan pəncə ucuna istiqamətdə “yuvarladın”.  Döşəmədə barmaqları aralayıb onları tərpədərək, pəncəni yüngülcə iç tərəfdən çöl tərəfə yuvarladın, bu zaman daban və pəncənin çox hissəsi havada olmalıdır.  Sonra geri, dabana qayıdın və hər şeyi yenidən təkrar edin.

 DARTINMAQ

Ayaqlarınızı uzadın, döşəməyə ancaq dabanlarınızı qoyaraq armaqlarınızı özünüzə çəkin. Ayaq baldırlarının necə gərginləşdiyini hiss edin. Ayaqlarınızı özünüzə tərəf və yenidən onları qabağa çəkərək dabanlarınızla xırda-xırda döşəməyə vurun. Bunu bir neçə dəfə təkrar edin.

ÇEVRILMƏLƏR

 Ayaqları düz edin və onları döşəməyə paralel qaldırın (budun altına əllərinizi yaxud bir-iki kitab qoymaq olar). Baldırla pəncəni birləşdirən oynağın hərəkəti hesabına pəncələrinizlə əvvəl çölə sonra isə içəri tərəfə dairəvi hərəkət edin.Dəcəllik

Stulu stoldan geri çəkin, dizinizin altindan (budun altından) tutaraq özünüzə tərəf çəkin. Ayağınızı mümkün qədər yuxarı qaldırmağa çalışmayın, oturacağın enini və qonşuların rahatlığını nəzərə alın.  Ən əsası ayağınızı oturacaqdan ayırmaqdır. Rahatca ayağınızı yuxarı dartaraq, eyni zamanda ayaq barmaqlarınızı özünüzə tərəf, dabanı isə aşağı çəkin. Əlinizlə yüngülcə baldırınızı aşağıdan yuxarı massaj edə bilərsiniz. Sonra yavaş-yavaş ayağınızı mümkün qədər aşağı endirin, bu zaman mütləq ayaq barmaqlarınızı aralayaraq pəncənin uc hissəsini dartın. Bu hərəkəti ikinci ayaq üçün etməyə unutmayın.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər