13 C
Baku
Friday, April 19, 2024

Kompüter dünyanın ən yaxşı oyunçularının oynadığı turnirdə qalib gəldi

Banker.az xəbər verir ki, dünyanın ən yaxşı dörd oyunçusu Karneqi-Mellon universitetinin Rivers Casino-da təşkil etdiyi poker turnirində süni intellekt ilə mübarizə aparıb.

31 yanvarda, yəni 20 günlük yarış marafonu başa çatdıqda son olaraq məlum oldu ki, süni intellekt sistemi olan Libratus insanlardan daha yaxşı nəticələr göstərib. Libratus dünyanın 4 ən yaxşı oyunçusunu ən populyar poker oyunlarından birində geridə qoyub.

Brains vs. Artificial Intelligence: Upping the Ante turniri çərçivəsində 4 professional – Ceyson Les, Donq Kim, Deniel MakOli və Cimmi Çu kompüter ilə mübarizə aparıb. Kompüter ümumi olaraq 1 766 250 dollar dəyərində fişka toplayaraq insanları üstələyib. Libratus Pittsburq superkompüter mərkəzinin kompüterindən istifadə edərək hesablama edirdi.

“Bu mənim professional karyeramda ən çətin və maraqlı turnirdir. Kompüterin bacarıqları heyrətamizdir. O təkmilləşir və hər gün daha yaxşı nəticə nümayiş etdiri, belə ki, o bizim zəif cəhətlərimizi izləyirdi” – deyə oyunçulardan biri olan Cimmi Çu bildirib.

Alimlər hələ ki, Libratus süni intellektinin quruluşu barədə məlumat vermirlər, lakin onlar turnirin yekunlarına əsasən elmi yazı nəşr edəcəklərini vəd ediblər.

 

Son xəbərlər
Digər xəbərlər