12 C
Baku
Friday, March 29, 2024

Konformizmin gücü – Solomon Asch

1950-ci illərdə psixoloq Solomon Asch konformizmin gücünü – qrup qaydaları daxilində insanın davranış və təsəvvürünün necə dəyişməsini təyin etmək üçün bir sıra tədqiqat həyata keçirir. 

Eksperiment iştirakçılarına bir neçə insan ilə birgə görmə testindən keçəcəkləri bildirilir. Araşdırmada iştirak edən könüllü şəxslərə təsvirlər göstərilir və daha sonradan sadə və aydın suallara cavab vermələri tələb olunur.

Eksperiment “hiyləgər” tərəfi ondan ibarət idi ki, əsas içtirakçıdan başqa bütün digər iştirakçılara suallara səhv cavab vermək tapşırılır. Beləliklə, insan kütlə açıq-aydın yalnış olduğu bir vaxtda ona qarşı çıxış edə biləcəkmi?

Nəticə:

Eksperimentin nəticələri heyrət doğururdu. Nəticələr sübut edir ki, 32 faiz insan digər 3 nəfər yanlış cavab verdiyi təqdirdə belə səhv cavab vermişlər. Digər sözlərlə desək, onlar cavabın səhv olmasına baxmayaraq qrupun fikirlərinə riayət etmişlər.

Asch eksperimenti göstərir ki, kütlə təzyiqi insanların cavablarına əhəmiyyətli dərəcədə təsir göstərir. Biz hamımız zarafatı başa düşməsək belə gülən digər insanlarla bərabər gülməyə vərdiş etmişik.

Son xəbərlər
Digər xəbərlər