24 C
Baku
Thursday, April 18, 2024

Konsolidasiya üçün korporativ menecmentin qurulması vacibdir – İqtisadçı

Problemli bankların hansı səbəbdən  birləşməkdən çox bağlanmağa üstünlük verməsinə , İqtisadçı-ekspert Vüqar Bayramov şərh bildirib.

Ekspert bildirib ki, bu, birbaşa olaraq banklarda korporativ menecmentin qurulmaması ilə bağlıdır: “Müflisləşmiş bankın menecerləri üçün xüsusi məsuliyyət müəyyənləşməlidir. Bank müflisləşərkən milyonlarla manat qorunmayan əmanəti geri qaytarmaq mümkün olmur. Halbuki bank rəhbəri həmin vəsaitlərdən istifadə edir. Bank müflis olsa da, bank rəhbərinin faktiki olaraq ciddi bir məsuliyyəti olmur.  Ona görə də bank rəhbərləri üçün məsuliyyətin artırılmasına ehtiyac var. Bu halda korporativ idarəetmə yaranacaq və banklar birləşməkdə maraq olacaq. Əks halda, problemli banklar müflisləşməkdə maraqlı olaraq qalacaqlar. Çünki praktiki olaraq müflisləşməklə öz problemlərini həll etmiş olurlar”.

Son xəbərlər
Digər xəbərlər