Könüllü sığorta bazarı nə qədər dəyişib?

Bildiyiniz kimi, avtomobil, daşınmaz əmlak üzrə, işçilərin peşə fəaliyyəti ilə bağlı olan icbari sığortada olan yığımlar ümumi sığorta bazarına müsbət təsir edir. Lakin, könüllü sığorta üzrə adından da göründüyü kimi, könüllü olduğuna görə,  yığımların çoxlaması təsir edəcək hər hansı bir amil təsir etmir. Sadəcə könüllü olaraq, həyatını, əmlakını və yaxud hər hansı bir mülkünu sığortalamaq üçün bu bu sığorta növünə müraciət edirlər.

Son noyabr ayına olan statistikaya əsasən deyə bilərik ki, hazırda könüllü sığorta üzrə sığorta haqları 229 513 228.46 manat təşkil edib. 1 ay ərzində isə könüllü sığorta üzrə sığorta haqları 25 410 346.63 manat yəni 12% , könüllü sığorta üzrə sığorta ödənişləri isə 10 882 587.03 manat, yəni 13% artıb.

Lakin, hələ də əhalinin bir çox hissəsinin könüllü sığortaya müraciət etməməsinin səbəblərindən biri isə, sığorta hadisəsi baş verdiyi zaman, şirkət tərəfindən ödəniş etməsi üçün həmin hadisənin təsdiq olunması üçün bir çox sənədlərin tələb olunmasıdır. Həmin sənədlərin  yığılaraq gec  təqdim olunması həmin qurumların qeyri- normal işləməsi üzündən baş verir. Nəticədə vaxt uzanır, müştəri isə daha tez xidmət gözləyir. Və əlbəttə ki, müştəri yalnız sığorta şirkətini günahkar görür və hər zaman həmin sığorta şirkətinə qarşı tələb irəli sürür.  Əlbəttə ki, bu da müştərilərlə sığorta şirkətləri arasında inamsızlığın yaranmasına səbəb olur. Və dərhal bu kimi şikayətlər həmin sığorta  şirkətinin balansına yazılır.

Lakin digər Avropa ölkələrində vəziyyət fərqlidir. Xarici sığorta şirkətləri xüsusi bir sistem ilə işləyirlər və bu sistemə əsasən hadisə baş verən zaman polisə getməyə belə ehtiyac qalmır. Yəni, hadisə yerinə dərhal polis əmamkdaşları gələrək həmin müştəriyə müəyyən kod təqdim edirlər. Daha sonra isə həmin kod müştəri tərəfindən sığorta şirkətinə təqdim edilir. Və sığorta şirkəti də öz növbəsində həmin kodu bazaya daxil edir və lazım olan bütün məlumatlar məlum olur.

Dövlət orqanları ilə sığorta şirkətləri arasında elə bir sıx informasiya əlaqəsi var ki, belə bir əməkdaşlığın sayəsində müştəri vaxt itirmədən belə öz problemini həll edir. Nəticə etibarilə müştəri problemini həll etmək üçün heç bir çirkin əməllərə əl atmaq məcburiyyətində qalmır.

Sonda isə inanırıq ki, bu kimi problemlər həllini tapacaq və əhalidə könüllü sığortanın nə qədər önəmli olması ilə bağlı düzgün firiklər formalaşacaq.