19 C
Baku
Tuesday, April 16, 2024

Könüllü sığortalar üzrə komitənin iş planını hazırlanır

Martın 10-da Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Könüllü sığortalar komitəsinin növbəti iclası keçirilib. İclasda Maliyyə Nazirliyinin ötən ilin dövlət büdcəsinin icrasının yekunları və 2015-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş kollegiya iclasında müzakirə edilən “Azərbaycan Respublikası sığorta bazarının 2015-2017-ci illərdə inkişafı üzrə Tədbirlər Planı”nda nəzərdə tutulmuş məsələlər müzakirə olunub.

Tədbirlər planının 2015-ci il üçün nəzərdə tutulan bəndləri iş planına daxil edilib və bu layihələrə təkliflərin hazırlanması üçün icra planının hazırlanması qərara alınıb.

İclasda Paşa Sığorta, Buta Sığorta, İpək Yolu Sığorta, Azərbaycan Sənaye Sığorta, Qarant Sığorta, Ata Sığorta,  Amrah Sığorta, Atəşgah Sığorta, AXA MBASK, A-Group Sığorta, Başak İnam Sığorta, Rəvan Sığorta, AzSığorta şirkətlərinin nümayəndələri iştirak edib.

Son xəbərlər
Digər xəbərlər