19 C
Baku
Thursday, April 25, 2024

Korparativ səmimiyyət

Müəllif: Müşfiq Şiraliyev

Artıq şirkətlər əvvəlki dövrlərə nisbətən gündəmini, maliyyət mərkəzli anlayışlar yox, müştəri mərkəzli və ya sadiq müştəri kütləsi üzərində fokuslanmalar tutur. Kotlerin marketinq 3.0 kitabını oxuyarkən orada da korparativ səmimiyyətlə qarşılaşdım. Bəzən müştəri məmnuniyyətini səmimiyyətlə müdafiə etmək lazım olur.

Steve Jobsun “İphone “ qiymətlərində ani endirim edilməsindən sonra yayınladığı üzr məktubu və bahalı məhsul alanlara edilən kredit güzəşti buna mükəmməl nümunədir. Müştəri mərkəzli konseptlərdə yuxarı dairələrdəki idarəetmədən aşağı səviyyədəki işçilərə qədər bu hiss olunmalıdır. Bu səmimiyyətin yaradılmasının altında astronomik reklam büdcələri, konsaltinq şirkətləri və ya kağız üzərində yazılı qaydalar, bir sözlə qəbul edilmiş standart prosedurlar yoxdur. Şirkətlər öz stillərindən yola çıxaraq bu səmimiyyət reseptini tapa bilərlər. Eyni bərbərə gedirik və ya qəssabdan ət alırıq və onlar özləri də bilmədən müştəri loyallığını yaradırlar. Amma, əlbəttə hərəsinin özünə xas tərzi var. Korparativ səmimiyyət şirkətin daxili müştərilərinə də gözlə görülə bilər təsirə malikdir. Şirkət monopol və ya oliqapol bazarında hakim olsa belə, əgər işçilər peşələrini sevmirsə, özlərini şirkətin bir hissəsi olaraq görmürlərsə belə qurumların davamlı müvəffəqiyyətli olması müşkül məsələdi.

Maslovdan günümüzə edilən bütün araşdırmalar təhlükəsizlik şəraitində yaşamaq ehtiyacının insanların davranışlarını təyin edən ən vacib ünsür olduğu təsdiq etmişdir. Digər motivasiya və ya stimulverici vasitələr sonra gəlir. Təhlükəsiz şəraitdə olmaq sadəcə daimi maaş demək deyil,  insanlar onlara qarşı ikili standartların olmadığı, səmimi şəraitdə işləmək istəyirlər. Bütün işçilər özlərinə deyilənlərin düzgün olduğuna, rəhbərlərin sözlərinin arxasında duracaqlarına, şirkətin divarlarını bəzəyən dəyərlərin krizisdə belə unutulmayacağına, hər kəsin problemlərlə mübarizə aparacaqlarına inanmaq istəyirlər.

Jim Stengel Grow adlı kitabı üçün 50 000 brend üzərində araşdırma aparır və ortaya çıxır ki, cəmiyyət və işçiləri üçün müsbət şeylər edən şirkətlərin hissə sənədi dəyərləri son 10 ildə Standart and Poor’s indeksi firmalarına görə dörd dəfə artıb. Bizdə müştəri mənuniyyətinin olduqca aşağı olduğunu nəzərə aldıqda şirkət səmimiyyətinin olduqca əhəmiyyəti daha da başa düşüləndir və icrası vacidir.”Nə özünü oldürüsən?! Elə bil gətirib cibinə əlavə pul qoyacaqlar”-hər kəsə məlum olan bu ifadələr şirkətləri üçuruma aparır.

Korparativ səmimiyyətə ən yaxşı nümünə yəqin ki, 50 illik Kampa Greenin hazırladığı “We try harder” sloqanıdır.vBununla şirkət o zamana kimi görülməmiş bir şey edir-lider olmadığını etiraf edir. Nəticədə isə Aves lider olur.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər