22 C
Baku
Thursday, April 25, 2024

Korporasiya daxili PR

Yaxın zamanlara qədər korporasiyalar PR-a etibar etmirdilər.

Həqiqətən də, PR müəyyən dərəcədə bizim ölkəyə siyasi proseslər dövründə gəlib. Lakin PR mədəniyyəti Qərbdən mənimsənilib. Qərbdə PR mütəxəsissləri hələ 70-ci illərdə böyük miqyaslı PR- kampaniyaları yaradırdılar. PR ictimai fikirə təsir edərək insanların reaksiyalarını istədikləri yöndə dəyişirlər.

Korporasiya daxili PR nə deməkdir?

Korporasiya daxili PR müəyyən metodarın, reklam texnologiyaların və şirkətin işçilərinə yönəldilmiş psixoloji təsir üsullarının toplusudur.

Korporasiya daxili PR əməkdaşların qeyri-material motivasiyasını nəzərdə tutur. Lakin müəyyən nəticələrə nail olmaq üçün korporasiya material hiylələrdən də istifadə edə bilər.

Məsələn, mükafatların verilməsi, korporativ tədbirlərin keçirilməsi və s.

Korporasiya daxili PR üzrə tədbirlərin həyata keçirilməsi şirkətin qəbul etdiyi strategiyalara uyğun olmalıdır.

Konfliktlərə nəzarət etmək

Şirkətin top–menecmenti üçün şirkətin qanunlar kodeksində əks olunmuş qaydalar üzrə konfliktlərə nəzarət etmək daha asandır. Korporasiya kodeksi şirkətdə qəbul olunmuş qaydalar və müəyyən qanunlar toplusudur. Kodeksdə davranış qaydaları və normaları əks olunur.

Güclü rəqabətə davamlı brendin yaradılması

Şirkətin inkişafına məhz əməkdaşlar təsir edirlər. Onların öz işlərini nə qədər yaxşı və sürətli gördükləri və komanda işindən asılı olaraq nəticələr dəyişir.

Korporativ mədəniyyət

Korporativ mədəniyyət sayəsində əməkdaşlar şirkətin fəaliyyətində hansı rol oynadıqlarını anlayırlar.

Korporativ mədəniyyətə bunlar daxil ola bilər:

• müştərilərlə çalışmaq prinsipi;
• əməkdaşların qarşılıqlı hörmət dəyərləri;
• əməkdaşların konflikt və ya fors-major hallarında davranışlara aid məsləhətlər.

PR sayəsində şirkətdə yaxşı təşkil olunmuş mədəniyyət və iş mühiti yaratmaq, əməkdaşların iş qabiliyyətlərini və motivasiyalarını yüksəltmək olar.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər