22 C
Baku
Friday, April 19, 2024

Kredit faizi aşağı salındı

Ölkədə fəaliyyət göstərən banklar müştərilərinə güzəşt etməyə başlayıb

Azərbaycanda fəaliyyət göstərən banklar müştərilərinə güzəştlər etməyə başlayıb.

Bəzi iri banklar dollarla kredit götürən müştərilərinin kredit faizlərinı azaldıblar. Bankların müştəriləri üçün etdiyi bu jest təxminən 2-3% civarındadır. banklar bu yolla müştərilərində stimul yaratmağa çalışır.

Qeyd edək ki, Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi.

Həmin qərardan sonra dollarla kredit götürən bank müştərilərinin ödənişləri manatla ifadədə 35% artmışdı. Bəzi vətəndaşlar bu səbəbdən kredit ödənişində çətinlik çəkdiklərini deyirdi.

Görünür bankların bu son faiz kampaniyası vətəndaşların banklara qarşı azalan marağını bərpa etmək üçündür. Banklar həmçinin, ödənişdə çətinlik çəkən vətəndaşlara uyğun imkan yaradır.

ANS PRESS

Son xəbərlər
Digər xəbərlər