12 C
Baku
Friday, March 29, 2024

Kredit kartı halva deyil

Məlumdur ki, kredit kartları müştəriyə bankın vəsaitləri hesabına mal və xidmətlər üzrə ödəniş aparmağa imkan verən ödəniş kartıdır. Düşünək ki, pul kisəmizdə kredit kartımız var. Bəs biz ondan  nə qədər səmərəli istifadə edə bilirik?

Belə ki, yeni kredit kartlarından istifadə etməyə başlayan şəxslər nağd pulları olsa belə cüzi əşyaları kredit kartı vasitəsi ilə almağa cəhd göstərirlər. Beləliklə sonda kredit limitini keçirlər.

 Nəzərə almaq lazımdır ki, kredit kartı halva deyil və ciddi zərurət olduqda istifadə etmək lazımdır. Belə ki, kredit kartı da sizin şəxsi büdcənizdir. Necə ki, nağd pulu səmərəli istifadə etməyə çalışırıq, kredit kartlarına qarşı münasibət də eyni cür olmalıdır.

 Buna görə də büdcənizə uyğun gəlməyən məhsul xidmətlərin alınmasına cəhd göstərməyin, çünki itirən yenə də siz olacaqsız.

Sual oluna bilər ki, cibimizdə  nağd pulumuz varsa nə üçün kredit kartından istifadə etməliyik?

Kredit kartının nağd puldan fərqi odur ki, ehtiyac olduğu zaman siz kredit kartı vasitəsi ilə pul vəsaitini nağdlaşdıra bilirsiz.  Məlumdur ki, xaricə səfər edərkən nağd pulun daşınması narahatlıq yaradır. Kredit kartı isə pulun itmə riskini azaldır.

 Kredit kartından istifadə etməklə nağd puldan istifadə etmədən məhsul və xidmətləri almaq  eyni zamanda bankın təqdim etdiyi mükafat xarakterli simullaşdırıcı kampaniyaların iştirakçısı olmaq olar.

Qeyd edək ki, kredit kartından məqsədəuyğun və səmərəli istifadə, kredit üzrə borcların vaxtında ödənilməsi kredit sahibinin müsbət kredit tarixçəsinin formalaşmasına kömək edir.

Son xəbərlər
Digər xəbərlər