21 C
Baku
Friday, April 26, 2024

Kredit kartından istifadə zamanı hansı səhvlərə yol verilir?

Ölkəmizdə kredit kartından istifadə edən şəxslərin sayında demək olar ki, hər gün kifayət qədər artım müşahidə olunur. Kredit kartları ilə ödənişlərin edilməsi rahat olsa da, bəzi istifadəçilər kartdan düzgün istifadə edə bilmədiklərinə görə bir çox səhvlərə yol verirlər.

Araşdırmalar onu göstərir ki, hazırda kredit kartından istifadə edən şəxslərin bir çox kütləsi ən çox aşağıdakı qeyd olunan səhvləri edirlər:

  • Ehtiyac olmamasına baxmayaraq kart almaq;
  • Kredit kartına olan borcun əksik ödənməsi;
  • Faiz dərəcələrinə diqqət yetirməmək;
  • Müqavilə imzaladıqda diqqətli olmamaq;

İndi isə yuxarıda qeyd olunan punktların yaratdığı zərərlər haqqında daha ətraflı şəkildə nəzər yetirək.

Ehtiyac olmamasına baxmayaraq kart almaq

Hesab edin ki, bankların kredit kartları haqqında reklamlarından təsirlənərək banka yaxınlaşıb kredit kartı aldınız. Fərqli banklara aid ən azı 3 ədəd kredit kartınız var. Kartların hər biri sizin pulqabınızda olmasına baxmayaraq, siz onlardan yalnız birini istifadə edirsiniz. İlin sonunda kartın müddəti bitdiyi zaman siz həmin istifadə etmədiyiniz kartlar üçün belə illik xidmət haqqı ödəməlisiniz. Bu isə əlavə və lazımsız xərc deməkdir.

Kredit kartına olan borcun əksik ödənməsi

Kredit kartından istifadə zamanı kifayət qədər nağd pul çəkdikdə və ya geri ödəniş edə bilməyəcəyiniz qədər  alış-veriş etməyiniz təbii ki, sizin vəziyyətinizi çətinləşdirəcək. Borcunuzu hər dəfə əksik olaraq ödədikdə borcunuz və üzərinə gələn faizlər çoxalır. Hər ay borcunuz çoxaldığına görə artıq sizin üçün həmin karta olan borcu bağlamaq, mümkünsüz bir hala çevrilir.

Faiz dərəcələrinə diqqət yetirməmək

Təbii ki, kredit kartı aldığımız zaman faiz üzərinə gəlmədən müəyyən olunan vaxt ərzində borcumuzu ödəyəcəyimizi düşünürük. Belə düşündüyümüzə görə də, bəzi kart sahibləri ödənişi vaxtında etmədiyi təqdirdə borcun üzərinə gələn faizlərindən xəbəsir olur. Çünki, kredit borcunuzu geçikdirdikdən sonra ödəniş etdikdə, faiz dərəcələrini ödədiyinizə görə, öz borcunuzu bağlaya bilmirsiniz.

Müqavilə zamanı diqqətli olmamaq

Bank kredit kartı aldığınız zaman sizə müqavilə imzaladır. Təəssüf ki, bir çoxları müqavilənin sadəcə səhifələrini çevirib imzalayır. Daha sonra isə bir çox problemlərlə qarşılaşdığınızda banka müraciətiniz zamanı sizin bunlardan xəbərdar olduğunuzu söyləyirlər. Çünki, sizinlə müqavilə imzalayıblar. Belə olduğu təqdirdə də siz müqaviləd qeyd olunanlara zidd heçnə edə bilməzsiniz.

Sonda onu da qeyd edək ki, istifadə etdiyiniz kredit kartınızı itirdikdə və ya oğurlandığı zaman mütləq kartınızın aid olduğu banka müraciət etməlisiniz. Bu zaman bank sizin kartınızdan istifadəni bloklaşdlracaq və kartdan istifadə mümkünsüzləşəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər