26 C
Baku
Friday, April 19, 2024

Kredit kartından necə düzgün istifadə etməli?

Hazırki, günümüzdə kredit kartları, kredit məhsullarının ən asan əldə edilən növlərindən biridir. Bir çox banklar kredit kartını online olaraq sifariş etməyi təklif edir və poçt vasitəsilə çatdırır. Digər tərəfdən, kredit kartının asan əldə edilməsi düşünülməmiş xərclərə gətirib çıxarır. Kredit kartından istifadə edərkən aşağıdakı qaydalara ciddi riayət etməyiniz tövsiyə olunur.

Büdcənizdən kənara çıxmayın:

  • büdcənizə uyğun gəlməyən məhsul v ə xidmətlərin alınmasına cəhd göstərməyin;
  • kredit kartından yalnız ciddi zərurət olduqda istifadə edin.

Düzgün borcalan olmağa çalışın. Bunun üçün kartın istifadəsinə görə ən azı tələb olunan aylıq ödəmələri həyata keçirmək lazımdır. Əlavə faiz ödəmələrinin qarşısını almaq üçün tələb olunan ödəmədən daha artıq ödəniş etməyə çalışın.

Karta görə aylıq çıxarışınızı yoxlayın:

  • kredit limitini keçib-keçmədiyinizi izləməyə imkan verər;
  • şəxsi büdcəyə effektiv nəzarət etməyə kömək edər;
  • dələduzluq və yanlış əməliyyatları aşkar etməyə imkan verər.

Kart hesabınıza təhlükəsiz online girişin üstünlüklərindən istifadə edin:

  • Kredit kartından istifadə üzrə bank tərəfindən təqdim edilmiş kartdan istifadə qaydaları və təhlükəsizliyin gözlənilməsi üzrə əsas tələblərlə tanış olub, öz hesabınızı daimi izləyin;
  • Dələduzluq və yanlışlıqları vaxtında aşkar etmək üçün hesablarınız üzrə bütün əməliyyatları mütəmadi yoxlayın;
  • Kredit kart hesabınızın qalığını nəzarətdə saxlayın;
  • Elektron poçt və ya SMS vasitəsilə hesabınızdan bütün silinmələr və ödəmə tarixinin yaxınlaşması haqqında bildiriş sistemindən istifadə edin.

Kredit kartından məqsədəuyğun və səmərəli istifadə, kredit üzrə borcların (əsas borc və faiz) vaxtında ödənilməsi kart sahibinin müsbət kredit tarixçəsinin formalaşmasına kömək edir.

Kredit kartınız lazımi alış-veriş etmək imkanı yaratmaqla maaşa qədər sizi idarə də edə bilər. Lakin bu zaman bir faktı yadda saxlamaq lazım deyil ki, sonradan bu vəsaitləri geri ödəməli olacaqsınız. Buna görə də, kredit kartınızdan mümkün qədər effektiv istifadə etməyə çalışın.

Son xəbərlər
Digər xəbərlər