15 C
Baku
Friday, March 29, 2024

Kredit kartlarının üstün və mənfi cəhətləri

Bankların əsas məqsədləri cəlb edilmiş vəsaitlərin bazarda məqsədə uyğun olaraq, riskləri nəzərə alaraq yerləşdirilməsi və həmin pullardan mövcud vəziyyətə uyğun olaraq maksimum gəlir götürmək və digər xidmətlər göstərməkdir. Bu pul vəsaitləri əsasən kredit və digər (səhmlərin alınması və s.) şəkildə yerləşdirilir. Bu kredit məhsullarından biri və ən çox tələbat olanı da plastik kartlarla verilən kreditlərdir, yəni kredit kartları.

Kredit kartları vasitəsi ilə kredit verilərkən müəyyən limit ayrılır. Müştəri isə bu limitdən müqavilədə göstərilən müddətdə istifadə edə bilər və müddətin sonunda mütləq qaydada tam limit bağlanmalıdır. Bu limit tam bağlanmadığı təqdirdə isə müqavilə şərtlərinə uyğun olaraq əlavə faiz cərimələri hesablanacaqdır.

Kredit kartlarının bir neçə üstün cəhətləri vardır:

1. Pul lazım olduğu an əlavə pul qabı kimi daim yanınızdadır. Yəni anidən bir iş çıxdığı halda və ya təcili müəyyən qədər nağd pula ehtiyac duyduğunuz anda bu kartdan istifadə edərək limitiniz çərçivəsində pul çıxara bilərsiniz.

2. Müəyyən vaxt ərzində götürülən pul hesaba daxil olunarsa bu halda faiz hesablanmır. Yəni banklar müəyyən güzəşt müddəti (qreys period) qoyurlar. Əgər bu müddət ərzində müştəri istifadə etdiyi məbləği ödəyərsə heç bir faiz hesablanmır. Adətən bu müddət 30-45 gün arası olur.

3. Nağdsız ödəniş olunan zaman faiz itkisi olmur. Yəni kredit nağdlaşdırılmazsa, bu halda faiz hesablanmır, yəni bankomatdan vəsait çıxarılan zaman minimum 1% vəsaitin nağdlaşdırılması olunursa nağdsız ödəniş zamanı müştəri itki vermir.

4. Az bir məbləğin uzun müddət ərzində hissə-hissə ödənilməsi. Mövcud bazara uyğun olaraq 1000 AZN məbləğindən az olan məbləğlər əsasən qısa müddətə istehlak krediti kimi rəsmiləşdirilir, lakin kredit kartlarında isə müqavilə 36 ay müddətində ola bilər.

5. Kredit kartları vasitəsi ilə nağd pul əldə edərkən bu zaman müqaviləyə əsasən yalnız faizlər ödənilə bilər və müddətin sonunda isə tam məbləğ bağlanmaq şərti ilə (bu da müqavilə üzrə)

6. Kredit kartları ilə pul  aldığınız zaman bu pullardan kredit müddətinin sonuna qədər dəfələrlə istifadə edə bilərsiniz. Bu zamansa sizin əlavə kredit rəsmiləşdirməyə pulunuz çıxmayacaq və istənilən zaman bu prosesi reallaşdıracaqsınız.

7. İstehlak krediti götürülən zaman müqaviləyə uyğun olaraq ödəniş olunduğu zaman bir hissəsi faiz borcu, digər hissəsi isə əsas məbləğdən ödəniş kimi qəbul olunur. Lakin kredit kartlarında isə minimum faiz ödənməlidir. Siz faizdən artıq ödəniş etdiyiniz zaman sizin istifadə etdiyiniz limitin bir hissəsi bağlanır. Beləliklə yığılan məbləğdən yenidən müqavilə müddətinin sonuna qədər istifadə edə bilərsiniz.

Bu sadaladığımız kredit kartlarının üstün cəhətləri ilə yanaşı onun bir sıra mənfi cəhətləri də vardır. Bu mənfi cəhətlərə müştərilər səhlənkar yanaşırlar. Bunlar əsasən aşağıdakılardır:

1. Kredit kartları insanda asılılıq yaradır. Belə ki, insanlar 1 dəfə istifadə edəndə  hər zaman ondan istifadə edirlər, sonradan isə o limiti bağlamağa çox çətinlik çəkirlər.

2. Kredit kartları əksərən əmək haqqının 1 misli məbləğində verildiyindən müştərilər ondan tez istifadə edirlər və əmək haqqı  alan zaman isə məcburən əmək haqqıları kredit kartlarına gedir.

3. Ödənişlərdə gecikmə edirlər və bu gecikmələr də Mərkəzi Kredit Reyestrində görünür. Bu zamanda  digər kreditə zərurət yarandığı an başqa bank və ya bank olmayan kredit təşkilatı bu gecikmələrə görə müştəri haqqında çoxda yaxşı olmayan fikir formalaşır.

4. Müştərilər tam müqavilələrlə tanış olmurlar. Bəzi banklarda müqavilədə göstərildiyi kimi faizlər diferensial artır. Lakin müştəri isə  başqa cür hesablayır və ödəniş etdiyi zaman aydın olur ki, hesabladığı faiz məbləğindən qat-qat çox məbləğ hesablanıb.

5. Son zamanlar bəzi alış veriş marketlərində bəzi bankların endirim kredit kartlarından istifadə etməklə krediti rəsmiləşdirillər. Bu halda isə adı olur endirim kart, lakin kredit rəsmiləşdirildiyi an əlavə onlara 10-15% qiymətə əlavə olunur və yekunda isə söylənilir ki, faizsiz kredit.

Son xəbərlər
Digər xəbərlər