15 C
Baku
Saturday, April 20, 2024

Kredit müqaviləsindəki tələlərdən biri!

İstənilən kredit növünü əldə edərkən (xüsusən də ipoteka kimi uzun müddətli) müqaviləyə imza atmadan öncə razılaşmanın bütün şərtlərini dəqiqliklə dərk etmək mütləqdir. Kreditin faiz dərəcəsi, komisyon haqqı və ödənmə müddətləri kimi ümumi xarakteristikası ilə yanaşı, kredit məbləğinin köçürülmə müddəti kimi nüanslara da diqqət yetirmək mütləqdir.

Kredit müqaviləsində digər məsələlərlə yanaşı, kreditin təqdim edilməsi tarixi də göstərilir. Razılıq əsasında faizlər məhz bu tarixdən başlayaraq hesablanmağa başlanılır. Lakin bəzi hallarda pul borcalanın hesabına danışılan məhz o gündə yatırılmır.

Bu zaman kredit köçürülmüş hesab edilərsə, borcalanın geri yolu olmayacaq. Yox əgər kredit hələ verilməyibsə, müştəri onun istənilən mərhələsində ondan imtina edə bilər.

Həyatın hər bir sahəsində olduğu kimi, kredit əldə edərkən də diqqətli olmağınızda fayda var.

Son xəbərlər
Digər xəbərlər