12 C
Baku
Thursday, March 28, 2024

Kredit ödəniş gününüz bayrama düşsə sizə gecikmə hesablanmalıdırmı?

Bu günə qədər bir çox məqalələrimizdə kreditin gecikməsi haqqında kifayət qədər məlumat vermişik.  Bildiyiniz kimi artıq bayramlar yaxınlaşır və təxminən 9-günə yaxın qeyri- iş günü olacaq. Elə məhz buna görə də bu dəfə kreditin ödəniş tarixi bayram gününə düşərsə, kreditinizin gecikmiş olub-olmaması haqqında məlumat verəcəyik.

Kreditin gecikməsi demək olar ki, bir çox kredit borcu olan şəxsləri ortaq problemlərindən biridir. Banklar isə müştəri üçün verdiyi möhlət günü keçdikdən sonra, hər gün üçün müvafiq gecikmə faizləri tutur.

Kredit borcunuzun ödəniş tarixi qeyri- iş gününə düşərsə, gecikmə sayılacaqmı?

Əyani misal üçün qeyd edək ki, Novruz bayramı ilə əlaqədar banka kredit borcu ödəyənlərin 20-30%-nin ödəmə vaxtı, qeyri-iş gününə düşəcək. Bu günlərdə kredit borcu olanlar nə etməlidir? Hansı vaxtlarda kreditlərini ödəsələr onlara gecikmə sayılmayacaq?

Burada aşağıdakı nüanslara diqqət yetirməyiniz vacibdir:

  1. a) Sizə gecikmə düşə bilər
  2. b) Sizə əlavə faiz hesablana bilər
  3. c) terminallarda olunan ödənişlər hesablanmaya bilər

Bəzən banklar sizə gecikmənin düşməməsi üçün əvvəlcədən xəbərdarlıq edirlər. Misal üçün sizin ödəniş tarixiniz ayın 23-nə düşür. Həmin gün isə bayram ilə əlaqədar olduğuna görə qeyri-iş günü hesab olunur. Bu zaman bankın nümayəndəsi sizinlə əlaqə saxlayaraq, hansı tarixdə ödəniş etməli olduğunuzu deyir. Lakin, bəzi banklar isə bunu etmir. Ona görə də gecikmənizin olmaması üçün hər zaman bu nüanslara diqqət yetirməyiniz məsləhət görünür.Tövsiyyə ediriki ki, ödəniş gününüzün bayram gününə düşməsi tarixi çatmamışdan əvvəl, sizinlə işləyən kredit işçisi ilə əlaqə saxlayıb bu prosesi ətraflı öyrənəsiniz.

Digər bir nüans da var ki, siz düşünə bilərsiniz ki, qeyri –iş günü olsa belə siz ödənişinizi hər hansı bir terminalda edə bilərsiniz.

Ödəniş hesabınıza oturmadığı zaman isə bankın qoyduğu möhlət vaxtı bitdikdən sonra bank sizdən hər gecikən gün üçün əlavə faiz tutacaqdır. Banklardan asılı olaraq isə möhlət günləri 3-7 gün arasında dəyişir.

Banklardan asılı olaraq qoyulan şərtlər hər zaman fərqli olur. Belə ki, bəzi banklar da var ki, əgər ödənişiniz sırf bayram ilə əlaqədar gec ödənilərsə, bu zaman bank sizə daha mərhəmətli yanaşacaq. Belə ki, həmin bank sizin ödənişinizi köhnə tarixdə hesaba oturda bilər. Bu isə artıq təbii ki, bankın qoyduğu qaydadan asılıdır.

Bəzən isə bayram günlərində bir neçə bank var ki, həmin bankların bəzi filialları 7/24 və yaxud bayram günləri də fəaliyyət götərirlər. Bu zaman isə siz rahat şəkildə gedib ödənişinizi edə bilərsiniz. Lakin bu bankların siyahısı bir o qədər də böyük olmur. Buna görə də bayram günləri və qeyri- iş günləri olduğu zaman çalışın kredit ödənişləriniz gecikməsin. Çünki, bu hal ilk növbədə sizə pis təsir edəcək.

Son xəbərlər
Digər xəbərlər