12 C
Baku
Friday, March 29, 2024

Kredit Reyestrinə sorğuların sayı 1,43 dəfə artıb

Hesabat dövrü ərzində reyestrdən 41 bank və 35 BOKT istifadə etmişdir. Dövr ərzində reyestrdə 2 304 678, o cümlədən banklar və BOKT-lər tərəfindən 2 257 179 sorğu həyata keçirilmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə MKR-ə edilən sorğuların sayı ( III rüb, 2013 –1 602 095) 1.43 dəfə artmışdır. 47 499 ( III rüb, 2013 – 3,737) şəxs öz kredit hesabatını əldə etmək məqsədilə MKR-ə müraciət etmişdir. Dövrün sonunda MKRdə haqqında məlumat toplanan borcalanların sayı 2 233 256, kredit məlumatlarının sayı 8 392 726, cəmi zaminlərin sayı isə 1 059 610 olmuşdur.

Qeyd: Tam ödənilmiş kreditlər haqqında məlumatlar, habelə həmin məlumatların aid olduğu borcalan və zaminlər də statistikaya daxildir.

mkr

Son xəbərlər
Digər xəbərlər