5 C
Baku
Friday, March 29, 2024

Kredit Sığortasının Avropa ilə müqayisəli təhlili

Müəllif: Anar İbrahimov , iqtisadçı ekspert

Bankların ötən il baş vermiş məlum devalvasiyalardan sonra riskləri minimumlaşdırmağın yollarını  axtardığı zamanda gündəmdə olan antirisk alətlərindən biri də kredit sığortasıdır. Bu yazımda mən Avropada kredit sığortası modelinin ölkəmizdə tətbiq ediləcəyi halda riski necə minimumlaşdırmaq mümkün olduğundan bəhs edəcəm.

Belə ki, Avropada biznes krediti (istər mikro istərsə də makro) götürmək istəyən biznesmen ölkəmizdən fərqli olaraq banklara yox sığorta şirkətlərinə üz tutub onun biznesinin yoxlanmasını, maksimum kredit götürmə həddinin ona bildirliməsi üçün rəsmi şəkildə müraciət edir. Sığorta şirkətləri buna uyğun olaraq müvafiq analizlər aparıb yekun rəy bildirirlər və banklardan təklif etdiyi məbləğdə kredit götürəcəyi halda kreditinin sığortalanacağı haqqında öhdəliyə hazır olduqlarını bildirlər. Bütün bunlardan sonra kredit götürmək istəyən bisnesmen sığorta sirkətinin nümayəndəsi ilə birlikdə banka müraciət edib heç bir əngəl olmadan rahat şəkildə qısa müddət ərzində kreditlə təmin edilir.

Bu sığorta növünün banklara görə üstünlükləri:

  1. Riskin 100% üzərindən atılması: İndiki halda bank müştəridən deyil sığorta şirkətindən borcun istəyir.
  2. Müstəri ilə vaxt itirmədən sadələşmiş kredit müqaviləsinin imzalanması: Burada əsas vaxt aparan girov müqaviləsi sığorta şirkətləri ilə imzalanır.
  3. 3. İşçi heyətində ciddi şəkildə ixtisar: İndiki halda bankın əksər işçisi kredit mütəxəssisidirsə, kreditin sığortalanmasından sonra bankın maliyyə analizi aparmasına və bu səbəbdən kredit almaq üçün müraciət edən müştərilərin hamısının kreditlə təmin edilməsini çatdırmaq üçün çoxlu sayda kredit mütəxəssisinin işə cəlb edilməsinə ehtiyac qalamayacaq.
  4. Xərclərin kəskin şəkildə aşağı düşməsi: İşçi heyətinin ixtisarı işçilərin maaşı, onların sosial sığortası və s. kimi xərcləri ixtisar etməklə xərclərin ciddi şəkildə aşağı düşməsinə səbəb olacaqdır.
  5. Əlavə vaxt itkisinin qarşısının alınması: Banklar maliyyə analizinin aparılması üçün bəzən günlərlə vaxt itirir, indiki halda isə yalnız sığorta şirkəti ilə müqavilə bağlamaqla bu vaxt itkisindən tamamilə azad olur.
  6. Marketinq tədbirlərinin azaldılması: İndiki halda banklar özlərini milyonlarla əhaliyə deyil onlarla sığorta şirkətlərinə tanıdır.
  7. Ümidsiz borcların həcminin sıfıra bərabər olması: Qaytarılmayan və ya gecikdirilmiş kredit olmur.

Banklara görə mənfi cəhətləri:

  1. Gəlirlərin aşağı düşməsi: İndiki halda bankların əsas gəlir mənbəyi olan faizlərin müəyyən qismi sığorta şirkətlərinə yönəlir. Burada əsas məqam risk-mənfəət münasibətləridir, belə ki, risk azaldıqca mənfəət də azalır. İndiki halda risk sıfıra enirsə mənfəətin cüzi azalmasına səbəb olur, ancaq bu heç də ümumi gəlirin azalması demək deyil. Yəni nəzərə alsaq ki, risk sıfıra bərabərdir bu halda azalmış gəlir faizi riskli gəlirdən üstündür.
  2. Ümumi kredit faizlərinin aşağı düşməsi: Buna səbəb bankların “savadsız müştərilər”i deyil sığorta şirkətlərini inandırmalarıdır. Bəzən banklar ümümi faiz dərəcəsin aşağı salıb komission faizləri qaldırmaqla yuxarıda qeyd etdiyim “savadsız müştərilər”i aldada bilirlər. Buna görə də banklar arasında güclü rəqabət yaranacaq və sonda gəlir faizlərinin azalmasına səbəb olacaqdır.

Və sonda, kredit mütəxəssislərinin həyatında yeniliklər olur, belə ki, onlar bankda işdən çıxıb sığorta şirkətində yenidən kariyera qurmağa başlayırlar.

Son xəbərlər
Digər xəbərlər