14 C
Baku
Thursday, March 28, 2024

Kredit şöbəsinin İstehlak kreditləri bölməsinin aparıcı mütəxəssisi (“Sumqayıt” filialı) – Bank BTB

İş barədə məlumat

  • Bankın bütün müştərilərini yeni və mövcud istehlak kredit məhsulları ilə tanış edir;
  • Fəaliyyət göstərdiyi ərazidə bankın kredit məhsullarının təşviqatını aparır;
  • İstehlak krediti məhsullarının mövcud qaydalar və şərtlər çərçivəsində satışını həyata keçirir;
  • Kredit sifarişlərini qəbul edir, bankdaxili qaydalara uyğun olaraq, onları qiymətləndirir, sifarişləri hazırlayır və kreditlərin ödənişlərinə nəzarət edir;
  • Bankdaxili qaydalara və kreditlərin şərtlərinə əsasən kreditlərin monitorinqlərini aparır;
  • Filial müdirinin və Kredit şöbəsinin rəhbərinin kredit məhsullarının satışı və kredit portfelinin keyfiyyətinin yaxşılaşdırılması üzrə ona həvalə etdiyi digər vəzifələri həyata keçirir.

Namizədə tələblər

  • Ali iqtisadi təhsil;
  • 2 il iş təcrübəsi;
  • Ünsiyyət qurma bacarığı;
  • Təqdimetmə və satış bacarığı;
  • Monitorinq və nəzarət etmə bacarığı.

Qeydlər

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini azərbaycan dilində 30 Avqust, 2018-ci il tarixinədək [email protected]  elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində İstehlak kreditləri bölməsinin aparıcı mütəxəssisi (“Sumqayıt” filialı) göstərməyiniz xahiş olunur.

Son xəbərlər
Digər xəbərlər