13 C
Baku
Friday, April 19, 2024

Kredit üzrə orta faiz dərəcələri azalıb

1 noyabr tarixində Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi manatla 14,14 %, xarici valyuta ilə 14,57% təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ötən ay ilə müqayisədə kreditlər üzrə orta faiz dərəcəsi nisbətən azalıb. Qed edək ki, ötən ay kreditlər üzrə orta faiz dərəcəsi manatla 14.33% təşkil edirdi.

Həmçinin hüquqi şəxslər üzrə kreditlərin orta faiz dərəcəsi manatla 10.64%, xarici valyuta ilə 9.90%, fiziki şəxslər üzrə isə manatla 18,32%, xarici valyuta ilə isə 21.36 % təşkil edib.

O cümlədən 1 aya qədər verilən kreditlərin orta faiz dərəcəsi də nisbətən aşağı düşüb.

Belə ki, 1 aya qədər verilən kreditlərin orta faiz dərəcəsi manatla 13.08%, xarici valyuta ilə 14.64%, 1 ilə qədər verilən kreditlər üzrə orta faiz dərəcəsi isə azalaraq, manatla 16.88%, xarici valyuta ilə 12.71% təşkil edib.

Son xəbərlər
Digər xəbərlər