15 C
Baku
Friday, March 29, 2024

Kredit üzrə üzən faiz dərəcəsi

Kredit üzrə qeydə alınmamış faiz dərəcəsini üzən faiz dərəcəsi adlandırırlar. Adətən belə dərəcə hər hansısa formul üzrə hesablanır və yaxud müəyyən banklararası dərəcəyə «bağlanır». Bu cür yanaşmadan istifadə etmək bankların kredit resurslarında olan tələbatını izah edir. Maliyyə müəssisələrinin fəal əməliyyatları  öncədən resurs baza ilə ödənilir.

Banklararası bazarda qiymətləndirmə bir qədər hüquqi və fiziki şəxslərin depozitlər bazarından fərqlənir. Dollarla götürülmüş kreditlərdə banklar Libor göstəricisini nəzərə alırlar, avroyla isə Euribor indeksi. Kreditlər üzrə üzən faiz dərəcəsinin mövcudluğu bankın banklararası bazar göstəriciləri üzrə müvafiq gəlir göstəricisinə «yapışdırmaq» istəyini göstərir.

Beləliklə, hər kreditləşmə dövründə üzən faiz dərəcəsi kredit verənin gəlirləri və banklararası dərəcə göstəricisi üzrə toplanır. Banklararası dərəcə göstəricisi faktiki olaraq verilmiş resursların dəyəridir.

Üzən faiz dərəcəsi ilə kreditləşmə kredit alan üçün nə qədər sərfəlidir? Xaricdə kreditləşmə zamanı istifadə olunan indekslər adətən əhalinin gəlirlərinin valyutasına bağlı olur. Bir çox ölkələrdə əhali əmək haqlarını yerli valyuta ilə aldıqları üçün üzən faiz dərəcəsi ilə kreditləşmənin sərfəli olması mübahisəli məsələ olaraq qalır.

Yerli valyutanın stabil qaldığı və valyuta indeksinin azaldığı şəraitdə kredit alan qənaət etmiş olur. Əks halda kredit alan zərər çəkmiş olur. Qeyri-stabil vəziyyət olduğu üçün kredit alan bir çox vətəndaşlar kreditləşməni sənədləşdirməyə çəkinirlər. Libor indeksini nümunə gətirərək onu deyək ki, bu indeksin göstəricisinin dəfələrlə göylərə qalxdığı və yaxud çox aşağı düşdüyü halları qeydə alınıb.

Son xəbərlər
Digər xəbərlər