4 C
Baku
Friday, March 29, 2024

Krediti necə problemsiz bağlamaq olar?

Artıq ökləmizdə kredit götürmək şərtləri günü- gündən sadələşir. Kredit əldə etmək üçün lazım olan tələblər bir çox şəxslərə aydındır. Bəs krediti ödəyin qurtardığınız zaman nə etməlisiniz? Bəzən elə hallar olur ki, bankdan kredit götürmüş müştəri börcunu ödəyib qurtardığını zənn edir və daha sonra banka heç bir ödəniş etmir. Lakin bir müddət keçdikdən sonra həmin şəxsə məlumat gəlirki, bəs sizin banka hələ də ödənməmiş kredit borcunuz var.  Belə hadisələrlə qarşılaşmamaq üçün  nə etmək lazımdır? Kredit borcunuzun bitdiyini düşündüyünüzdə bir daha banka getməyiniz vacibdirmi?

Əgər siz krediti girov qarşılığında deyil, yəni zaminliklə götürmüsünüzsə, o zaman kredit borcunuzu ödəyib qurtardıqdan sonra banka yaxınlaşmaq kimi bir öhdəliyiniz və ya hüquqi məsuliyyətiniz yoxdur.

Lakin, kredit borcunu tam olaraq ödədiyini zənn edən müştəri bankla ən azı telefon və ya digər rabitə vasitələri ilə əlaqə saxlamalı, borcunun tam olaraq bağlandığını yoxlatdırıb əmin olmalıdır. Çünki, müxtəlif səbəblərdən kiçik də olsa borcu qala bilər. Həmin səbəblərdən bir neçəsinə diqqət yetirək: müştəri ödəniş müddətində gecikmələrə düşmüş, nəticədə cərimə faizi yaranmışdır. Lakin, müştəri qrafikdə göstərilən məbləğləri ödəyib borcunu bitmiş hesab edə bilər. Müxtəlif səbəblərdən (texniki, insan amili və s.) ödənişlər vaxtında ödənilməyə bilər və ya ödənilməz.

Məsələn, müştəri başqa şəxsə krediti ödətdirən zaman və s. kimi hallarda da bu məsələlər ortaya çıxa bilər. Bunları nəzərə alaraq hər bir müştərinin banka gəlib-gəlməməsindən asılı olmayaraq kredit borcunun tam bağlanmasını bankla əlaqə saxlayaraq dəqiqləşdirməsi tövsiyə olunur və bu müştəri üçün vacib amildir.

Onu da qeyd edək ki, onlayn və ya terminallarda hər hansı texniki səbəbdən (xüsusilə kredit son gün ödənildikdə) kredit hesabdan gec silinə bilər və nəticədə cərimə faizi yarana bilər. Kredit müqaviləsinin bitməsi üçün bu kimi hallarda banka yaxınlaşmaq vacib olmasa da, bankla əlaqə saxlamaq zəruridir və bu müştəri üçün faydalıdır. Cüzi məgləğə görə müştərinin kredit tarixində vaxtı keçmiş borc yarana bilər ki, bu da müştəriyə xüsusilə növbəti kreditlər götürərkən müəyyən çətinliklər yaradar.

Əgər müştəri krediti hər hansı girov qarşılığında götürmüşsə o zaman krediti bağladıqdan sonra banka yaxınlaşmalı və girovun azad edilməsi prosesində bilavasitə şəxsən iştirak etməlidir və bu halda müştərinin banka gəlməsi məcburidir. Burada müştərinin başqasına notariat qaydada etibarnamə verməsi halı istisna deyildir və bu məsələ hüquqi prosedurlarla tənzimlənməlidir. Lakin, bu hal məsləhətli deyil.

Bəs bankda kreditin bağlanmasını təsdiq edən hər hansı bir sənəd verilirmi?

Kreditin ödənilməsi üçün sənəd verilmir və ya bankın hər kreditin bağlanması haqqında sənəd vermək öhdəliyi yoxdur. Lakin, hər hansı ehtiyac olarsa (digər bankdan kredit götürərkən, tam ödənilmiş borc texniki olaraq Mərkəzi Kredit Reyestrində bağlanmamış görünərsə və sair) bank müştəriyə onun istəyi əsasında kreditin bağlanması haqqında məktub və ya hesabından çıxarış verə bilər.

Necə əmin olmaq olar ki, terminalda və ya onlayn ödənilən kredit tamamilə bağlanıb?

Hər bir müştəri krediti götürdüyü üçün bankda kredit mütəxəssislərini tanıyır və əlaqə telefonlarına malikdir. Terminalda və ya onlayn ödənilən kreditin tamamilə bağlanmasını bankla birbaşa əlaqə (telefon, e-mail, onlayn və sair) saxlayaraq dəqiqləşdirib əmin olmaq olar. Bu müştəri üçün vacib və əhəmiyyətli məsələdir.

Son xəbərlər
Digər xəbərlər