19 C
Baku
Tuesday, April 16, 2024

Krediti ödəyə bilməyənlər üçün sərfəli məsləhətlər

Məsləhət 1. Əgər ödəməli olduğunuz borc həddindən çoxdursa (məsələn, böyük həcmdə istehlak krediti, aylıq ödəməli olduğunuz kommunal xidmət haqları və s.) və sizin aylıq ödənişi tam şəkildə ödəməyə imkanınız çatmırsa sərbəst şəkildə öz bankınıza, idarə edici şirkətə, mobil operatorunuza müraciət edin. Öz vəziyyətinizi və probleminizi yazılı şəkildə izah etməyə çalışın. Borc məbləğinin yenidən bərpa edilməsi və ödənişlərin təxirə salınması barədə razılığa gəlməyə çalışın. Əgər siz əvvəldən çox yaxşı müştəri olmusunuzsa bu halda bank problemin həllində sizə güzəştə gedəcək. Başlıcası danışıqlar zamanı vəziyyəti gərginləşdirməməkdir. Əgər ilk başdan ödənişi dayandırıb, bundan sonra danışıqlara qoşulsanız çətin ki, sizə güzəştə getsinlər.

Məsləhət 2. Kredit və ya hesab-fakturanın ödənilməsini dayandırmayın. Gəliriniz nəzərə çarpacaq dərəcədə azalsa belə, əgər borc sahibi ilə razılıq yaranmayıbsa ödəniş etməyə davam edin. Bu ödədiyiniz məbləğ aylıq ödəməli olduğunuz məbləğdən dəfələrlə az olsa belə, yenə də ödəniş edin. Bu halda sizin borc öhdəliklərindən yayınmaq istəmədiyiniz aydın olacaq və bu da bank, idarə edici şirkət və s. qarşısında güzəşt şanslarınızı artıracaq.

Məsləhət 3. Öz büdcənizi dəqiqliklə plaşlaşdırın. Öz xərclərinizi yazıb hesabladıqda bir ay ərzində nə qədər lazımsız xərclər etdiyinizi görəcəksiniz. Bunun da nəticəsində əvvəlcədən belə xərclərin qarşısını ala bilərsiniz.

Məsləhət 4. Girov predmetinin və yaxud çox dəyərli bir daşınmaz əmlak nümunəsinin satılması da çətin vəziyyətdən çıxış yolu ola bilər. Bu predmetin problemin həlli kimi istifadə olunması prosesini borc sahibinin razılığı ilə elə borcalan özü reallaşdıra bilər. Bu halda, əvvəl ödənilən bütün məbləğlər onun özünə qaytarılacaq, lakin kredit faizləri istisna olmaqla.

Məsləhət 5. Problemi həll etməyin bir yolu da kredit götürməkdir. Əgər sizin artıq kredit öhdəliyiniz varsa, o zaman başqa bir bankdan daha uyğun şərtlərlə yeni bir kredit əldə edə bilərsiniz. Başqa sözlə desək, köhnə krediti daha aşağı faizlərlə verilmiş yeni kredit vasitəsilə ödəmək. Bu prosedura yenidən maliyyələşdirmə adlanır.

Məsləhət 6. Hətta məhkəmədə belə çətin həyat şərtlərini xatırladaraq hər iki tərəf üçün sülh razılığına gəlmək mümkündür.

Məsləhət 7. Kreditor və yaxud kollektordan gizlənmək borcalanın özü üçün sərfəli deyil. Belə ki, kredit razılaşmasına əsasən artıq bir aydan sonra bank kreditlərin vaxtından əvvəl geri alınması hüququna sahib olacaq.

Məsləhət 8. Bankın, kollektor agentliyinin, sizin idarəedici şirkətinizin əməkdaşı ilə ünsiyyətdən qaçmayın. Onların heç biri sizdən hər nə olursa olsun “zor gücünə” ödəniş tələb etməyəcək. Əksinə, dialoq – problemin həlli üçün ilk addımdır. Birgə hər bir problemə həll çarəsi tapmaq mümkündür. Əsas olan emosional reaksiyalar vermək deyil, sakit bir şəkildə problemin həll yolunu tapmağa çalışın.

Son xəbərlər
Digər xəbərlər