Kreditin yaranma tarixi və əsas anlayışları

Müəllif: Alik Əlibəyov, Dəmirbank ASC

Kreditlərin yaranma tarixi- Qədim Yunanıstan və Roma, Qədim Misir, orta əsrlərin Avropası – bütün dövrlərdə insanların arzuları və tələbləri olub. Lakin heç də həmişə bütün arzuları eyni anda öz hesabına reallaşdırmaq mümkün olmayıb. Xoşbəxtlikdən həmvətənlərinə borc verərək, daha sonradan onu bir qədər çox faiz geri alan insanlar var idi. Bu çox şərəfli bir peşə hesab edilməsə də, stabil gəliri təmin edir və qanun da demək olar ki, həmişə borc verənin tərəfində idi.

Qədim Misirdə bizim eradan əvvəl 3-cü əsrdə borc vermənin xüsusi razılıq forması mövcud idi. Borcunu zamanında qaytara bilməyən şəxs, qaytarmalı borcun məbləği çox olduğu təqdirdə borc verən şəxsin quluna çevrilirdi. Qədim Babilistanda isə borc götürən şəxs övladlarını girov olaraq təqdim edə bilərdi. Bu Hammurappinin qanunlarında da öz əksini tapıb. Qədim Hindistanda isə borc verən şəxs min bir fırıldaqdan istifadə edirdilər.

16-17-ci əsrlərdə Avropada ilk kommersiya bankları yaranmağa başlayır. Lakin bura əsas olaraq sahibkarlar və tacirlər üz tuturlar. Sadə vətəndaşlar sələmçi və yaxud lombarda getməyi üstün tuturdular. Məhz bu zaman sələmçilər qəddar və pislik obrazı olaraq formalaşmağa başlayır. Belə hesab edilir ki, vicdanlı vətəndaşlar yalnızca ən çıxılmaz ehtiyac zamanı girov qoyaraq borc götürə bilər. Lakin aristokratlar bunu “sadə camaatın uydurması” adlandırır və fəal olaraq veksel kreditlərindən istifadə edirdilər.

Azərbaycanda Kredit sistemi-1860 cı ildə Çar Rusiyasında Dövlət bankının təsis olduğu dövrdə təsadüf edir.Təhkimçilik hüququ və iltizamn sisteminin  ləğvindən sonra Rusiyanın bütün əyalətlərində olduğu kimi Azərbaycanda da əmtəə-pul münasibətləri sürətlə inkişaf  etməyə başlanmış və yenicə təşəkkül tapan sənayenin kreditə olan tələbətanın  ödəmək məqsədi ilə,kredit müəssisələri şəbəkəsinin yaradılması qarşıda duran vacib vəzifələrdən  biri olmuşdur. Ümumilikdə 1917- ci ilin məlumatlarına görə Azərbaycan Kredit sisteminə 28 kommersiya bankı,7 ipoteka krediti bankı,5 bankir kontoru,13 xəzinədarlıq,135 kiçik kredit müəssisəsi daxil idi.

Kredit kartlarının yaranma tarixi – öz başlanğıcını Birləşmiş Amerika Ştatlarından götürür. Əvvəlcə kredit kartı adı altında xüsusi məhsul kartları nəzərdə tutulurdu ki, bu da kart sahibinə müəyyən dükanlarda alış-veriş edərkən endirim və güzəşt qazandırırdı. Alış-veriş etmək üçün verilmiş bu kartlar getdikcə Amerikanın ən böyük otel, dükan və neft kompaniyaları şəbəkələrindən birini əhatə etməyə başladı. Uzaq 1914-cü ildə birinci dünya müharibəsinin başlanması ərəfəsində Amerikanın Western Union kompaniyası dövriyyəyə ilk dəfə müştəri charge card kartını buraxır, bu kart öz sahibinə növbəti uzatma müddəti olmadan da istehlak krediti əldə etmək imkanı verirdi.

 

Kredit (creditum) bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir. Həmin şərtlərlə pul vəsaitinin verilməsi haqqında götürülmüş hər hansı öhdəlik, qarantiya, zəmanət, borc qiymətli kağızlarının diskontla və ya faizlər alınmaqla satın alınması və müqaviləyə əsasən hər hansı formada verilmiş vəsaitin qaytarılmasını tələb etməklə bağlı digər hüquq da kredit anlayışına aiddir.

Bu anlayışa Bank fəaliyyəti ilə əlaqədar birbaşa və ya dolayı yol ilə Bank tərəfindən nağd pul şəklində verilən ssudalar, yaxud Bank tərəfindən üzərinə götürülən öhdəliklər, o cümlədən overdraftlar, akkreditivlər, qarantiyalar və sair gözlənilən və gözlənilməyən öhdəliklər aiddir.

Müasir dövrdə kreditin aşağıdakı formaları var.

  1. Dövlət krediti – zamanı borc verən və ya kreditor rolunda dövlətin özü çıxış edir. Dövlət krediti iki yerə bölünür: 1) Məxsusi dövlət krediti; 2) Döv­­lət borcu. Birinci halda dövlətin kredit təsi-satları iqtisadiyyatın müxtəlif bölmələrini kreditləşdirirlər. Ikinci halda isə dövlət debitor, fi­ziki şəxslər kreditor olurlar.
  2. Veksel krediti – banklar tərəfindən veksel sahiblərinə və təhcizatçılar tərəfindən alıcılara verilən kredit növüdür. Vek­sel əmtəəni borc alan sahibkarın onu borc verən sahibkara nəzərdə tutulan müddətdə müəyyən məbləğdə pulu ödəməsinə dair xüsusi borc təəh­hü­düdür. Verksel sadə və köçürmə ola bilər. Borclu ödəməli olduğu məb­lə­ği birbaşa kreditora verdikdə veksel sadə, göstərilən məbləğ  ödənil­mək üçün üçüncü şəxsə verildikdə isə köçürmə olur.
  3. İstehlak krediti –istehlak mallarını möhlətlə satın al-maq, yaxud da göstərilən xidmətlərin haqqını ödəmək üçün ticarət, bank və başqa maliyyə təsisatları tərəfindən verilir. Bu kredit qısa və orta müddətli olur. Əsas etibarilə əhalinin uzunmüddətli istifadəsi üçün nəzərdə tutu­lan şeylərə – avtomobil, ev, bağ evi, mebel, məişət texnikası və i.a. – olan tələbini stimullaşdırır.İpoteka krediti – əmlakın girov qoyulması əsasında verilən kreditdir.
  4. Kommunal krediti – kommunal təsərüfatın və mənzil tikintisinin ehtiyacları üçün verilən kreditdir.
  5. Kənd təsərüfatı krediti – kənd təsərüfatının inkişafı üçün nəzərdə tutulmuş kredit növüdür.
  6. Beynəlxalq kredit – borc kapitalının ölkələr arasında hərəkəti və fəaliyyətidir. Beynəlxalq kredit dövlətin özü, bankları və xüsusi şəxslər tərə­findən digər ölkələrə verilən kreditdir. Beynəl-xalq maliyyə təşki­latları da kredit verirlər. Beynəlxalq kreditin iki forması vardır: 1) Kom­mersiya krediti; 2) Bank krediti. Beynəlxalq kredit təyinatına görə də iki yerə bölünür: 1) Məhsuldar kredit; 2) Qeyri-məhsuldar kredit.
  7. Bank krediti-bank tərəfindən borcalanla bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqları) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
  8. Kommersiya krediti – bir sahibkar tərəfindən digərinə əmtəələr formasında verilən kreditdir.

 

  1. İpoteka Krediti- daşınmaz əmlakın girov qoyulması müqa­bi­lində verilir. O, torpağın və tikililərin satın alınması, yaxud da inşa edil­məsi üçün verilir və uzun müddətli olur. Ipoteka krediti kreditor üçün ən «etibarlı» kreditlərdən hesab edilir.

Təminat formasına görə: açıq kredit və təminatlı kredit formaları vardır.

Açıq Kredit-borcludan heç bir təminat almadan sadəcə şəxsi,maliyyə və əxlaqi durumları göz önünə alınır.Açıq kreditin verilə bilməsi üçün şirkətlər tərəfindən borcalan şəxsin durumu dayanqlı və ödəmə qabiliyyəti yüksək olmalıdır.

Təminatlı kreditdə isə kreditdən istifadə edən şəxsin borcuna zamin və ya madddi təminat göstərir.Maddi təminatda daşınmaz əmlak daçınmaz qiymətlər qarşılıq göstərilir.Bunlar üzərinə girov və ya ipoteka təsis edilir.

Müddətə görə kreditlər -üç yerə bölünür:

Qısa müddətli ,orta müddətli və uzun müddətli kreditlər.

Adətən 7 gündən -1 ilədək müddətə olan kreditlər qısa müddətli kreditlərə aid edilir.Orta müddətli kreditlər- 1 ildən 5 ilədək müddətə verilən kreditlər aid edilir. Uzun müddətə verilən kreditlər issə 5 ildən yuxarı müddətə verilən kreditlər aid edilir.

Beləliklə, kredit–cəmiyyətin sosial-iqtisadi inkişafın-da böyük rol oynayır və bazar iqtisadiyyatının ayrılmaz tər-kib hissəsidir.

Kredit sistemi dedikdə, kredit-hesablaşma münasibətlərinin, kreditləşmənin forma və metodlarının və kredit-maliyyə institutlarının məcmusu başa düşülür.

Kredit sisteminin 2 forması mövcuddur:

  1. Funksional forma
  2. İnstitusional forma.

Funksional forma – kredit münasibətlərinin məcmusu, kreditləşmənin forma və metodları başa düşülür.

İnstitsional forma – maliyyə-kredit təşkilatlarının məcmusu, sərbəst pul vəsaitlərini bir yerdə cəmləşdirən və onları borc verən kredit sistemi başa düşülür.

Funksional formadan yanaşdıqda kredit sistemi bank, istehlak, kommersiya, dövlət, beynəlxalq kreditlə meydana çıxır. Kredit sisteminin institsional strukturunun aparıcı istiqaməti banklardır. Tarixən kredit sisteminin əsası kimi banklar çıxış edirdi.

Kreditin funksiyaları aşağıdakılardır:

  1. Yenidən bölüşdürmə funksiyası, Kreditorla borcalan arasında bağlanan kredit sövdələşmələri dəyərin yenidən bölgüsü mərhələsində meydana gəlir. Mübadilə prosesində müvəqqəti sərbəst olan dəyər borcalana verilir, sonra isə öz sahibinə qaytarılır. Kredit üçün səciyyəvi olan bu proses onu göstərir ki, kreditin ilk və köklü funksiyası yenidən bölgü funksiyasıdır. yəni kreditorun sərbəst vəsaiti başqa əraziyə vəya başqa iqtisadi sahəyə keçə bilir.
  2. tam dəyərli pulların kredit pulları ilə əvəzlənməsi prosesi-Müasir iqtisadiyyatda bu cür əvəzlənmə üçün zəruri şərait mövcuddur. Mal və xidmətlərə görə nağdsız hesablaşmalarla əlaqədar pulların bir hesabdan köçürülməsi, qarşılıqlı borcların ödənilməsi, qarşılıqlı ödəmələrin yalnız saldosunun (qalığının) köçürülməsi nağd pul ödəmələrini azaltmaq üçün pul dövriyyəsi quruluşunu yaxşılaşdırmaq imkanı yaradır. 17 Müasir dövrdə həqiqi pullar kimi qızıl sikkələr deyil, kredit əsasında buraxılan pul nişanları tədavül edir.
  3. 3. tədavül xərclərinə qənaət -Müasir dövrdə həqiqi pullar kimi qızıl sikkələr deyil, kredit əsasında buraxılan pul nişanları tədavül edir. Metalizm dövrün həqiqi pulların kredit ilə əvəzlənməsi prosesi qızıl sikkələrin yerinə banknotların tədavül etməsində təzahür edirdi. Lakin qızılın tam demonetizasiyası, yəni qızıl sikkələrin banknotlarla tam əvəzlənməsi və banknotların öz qızıl əsasını itirməsi bu funksiyanın qüvvədən düşməsinə gətirib çıxartmadı. Əksinə, kreditin tərəqqisi, onun əmtəə təsərrüfatının inkişafında aparıcı qüvvəyə çevrilməsi nəticəsində borcalanın cəlb və təsərrüfat dövriyyəsinə yenidən daxil etdiyi dəyər pula xas olan vəzifələri icra etməyə başlayır. Bunun nəticəsində ictimai kapitalın hərəkəti sürətlənir. Tədavül vaxtı minimuma endirilir və tədavül xərclərinə qənaət edilir ki, bu da ictimai kapitalın fəaliyyət səmərəsinin yüksəlməsi deməkdir, çünki kapitalın məhsuldar fəaliyyət vaxtı artır.

4.kapitalın konsentrasiya və mərkəzləşdirilməsi-Kredit mexanizminin vasitəsilə izafi dəyərin kapitallaşması prosesi daha sürətlə baş verir. Kapitalın təmərküzləşməsinin güclü amili kimi çıxış etməklə kredit fərdi yığımın hüdudlarını genişləndirir. Kreditin köməyi ilə bir fərdin kapitalları onlara digər fərdlərin kapitallarını əlavə etməklə artırılır. Bu mənada kredit fərdi müəssisələrin səhmdar cəmiyyətlərə çevrilməsi və yeni şirkətlərin yaradılması, inhisarların və beynəlxalq şirkətlərin meydana gəlməsi amillərindən biridir. Məhz kapitalların mərkəzləşdirilməsi mexanizmi kimi çıxış etməklə kredit rəqabətin güclü vasitəsinə çevrilir.