26 C
Baku
Saturday, April 20, 2024

Kreditlərdən qurtulmağın yolları

Məlum olduğu kimi kredit üzrə bank faizləri hər zaman depozit faizlərindən üstün olur. Buna görə əgər sizin «artıq» pulunuz varsa, vaxtından öncə kreditlərinizi ödəməyə çalışın.

Maliyyəçilər kreditlərdən azad olmaq üçün bir neçə üsul təqdim edirlər:

1. Qar topu üsulu – öncə az məbləğli borcları, sonra isə nisbətən yüksək məbləğli borcları ödəmək.

Bu alqoritmdən istifadə etmək üçün öz borclarınızı bir neçə növə ayırın (borc məbləğinin artmasına görə). Bütün əlavə vəsaitlərinizi ilk borcunuzun bağlanılmasına sərf edin. İlk borcunuzu bağladıqdan sonra məbləğcə ikinci borcunuza keçə bilərsiniz.

Qar topu üsulu maliyyə məsləhətçiləri arasında ən məşhur üsul hesab edilir.

Burada psixoloji amil də əhəmiyyətlidir: borc siyahısı azalır və bu insanların əhval- ruhiyyəsinə müsbət təsir edir.

2. Bərabər şəkildə ödəmə üsulu – bütün borcları eyni anda eyni məbləğ köçürməklə ödəmək.

Bütün borclarınız üzrə minimal məbləğlər ödəyin. Əlavə vəsaitlərinizi borcların sayına görə bölün.

Bir borcunuzu ödəyib qurtardıqdan sonra gəlirlərinizi digər borclarınızın sayına uyğun bölün.

Bu üsulun əlavə xüsusi heç bir üstünlüyü yoxdur.

3. Qar uçqunu – borcları onların faiz dərəcələri azalan qaydada ödəmək. Yəni, öncə ən bahalı borcları, sonra isə nisbətən ucuz borcları bağlamaq.

Burada nominal faiz dərəcəsi deyil, bütün əlavə xərcləri və komissiyaları nəzərə alan məhsuldar faiz dərəcəsi nəzərdə tutulur.

Öz borclarınızı məhsuldar faiz dərəcəsi azalan qaydada səciyyələndirin. Ən bahalı borcunuzdan savayı bütün borclarınız üzrə minimal ödənişlər edin. Bütün əlavə vəsaitlər birinci borcun bağlanılmasına gedir.

Bu üsul arifmetik cəhətdən ən məntiqli üsul hesab edilir.

Lakin bu üsulun da mənfi cəhəti var: əgər biz ən bahalı borcumuzu ödəməyə çox vaxt sərf edirik və uzun müddət nəticə əldə etmiriksə bu bizə psixoloji olaraq pis təsir edir.

4. Optimillaşdırma üsulu – bütün kreditlər üzrə ümumi məbləği minimallaşdırmaq üçün borcları ödəmək.

Bu üsul kreditlərin bağlanılmasında minimal ödəmə müddəti və minimal məbləğdən ibarətdir. Kredit üzrə əlavə şərtlər: cərimələr, minimal ödəniş məbləğləri, faizlər, ödəniş müddəti. Nəticədə tənlik sistemləri yaranır.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər

1 comment

Comments are closed.