23 C
Baku
Friday, April 19, 2024

Kreditlərin 83%-dən çoxu Bakı şəhəri üzrə verilib

1 noyabr tarixində Azərbaycanda regionlar üzrə kredit qoyuluşu 17 841 517 900 manat təşkil edib.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, son bir ay ərzində kredit qoyuluşu 209 927 000 manat artıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə isə regionlar üzrə kredit qoyuluşu 2 850 122 700 min manat, yəni 19% artıb.

Təkcə Bakı şəhəri üzrə qoyulan kreditlər isə ümumi kredit qoyuluşunun 83.5% təşkil edib.

Digər regionlarda isə

Abşeron iqtisadi rayonu – 572 766,5 min manat, Aran iqtisadi rayonu – 1 021 675,7 min manat, Dağlıq Şirvan iqtisadi rayonu – 117 175,9 min manat, Gəncə-Qazax iqtisadi rayonu – 402 343,4 min manat, Quba-Xaçmaz iqtisadi rayonu – 128 416,1 min manat, Lənkəran iqtisadi rayonu – 309 289,5 min manat, Şəki-Zaqatala iqtisadi rayonu – 163 701,7 min manat, Naxçıvan iqtisadi rayonu – 107 876,5 min manat təşkil edib.

Son xəbərlər
Digər xəbərlər