15 C
Baku
Saturday, April 20, 2024

Kreditlərin orta faiz dərəcəsi azalıb

1 yanvar 2015-ci il tarixində, ölkədə verilmiş kreditlər üzrə orta faiz dərəcəsi nisbətən aşağı düşüb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, kreditlər üzrə orta faiz dərəcəsi manatla 13,81%, xarici valyuta ilə isə 14,07% təşkil edib.

Qeyd edək ki, ötən ay verilmiş kreditlər üzrə orta faiz dərəcəsi manatla 13,84%, xarici valyuta ilə isə 14,53% təşkil edirdi. Hesabata əsasən, xarici valyuta ilə verilən kreditlərdə manatla müqayisədə daha çox artım qeydə alınıb.

Həmçinin, fiziki şəxslər üzrə isə manatla 18,53%, xarici valyuta ilə isə 21,52% , hüquqi şəxslər üzrə verilmiş kreditlərin orta faiz dərəcəsi azalaraq  manatla 9,99%, xarici valyuta ilə  9,18%, təşkil edib.

Son xəbərlər
Digər xəbərlər