25 C
Baku
Saturday, April 20, 2024

Kreditlərin yaranma tarixi

Qədim Yunanıstan və Roma, Qədim Misir, orta əsrlərin Avropası – bütün dövrlərdə insanların arzuları və tələbləri olub. Lakin heç də həmişə bütün arzuları eyni anda öz hesabına reallaşdırmaq mümkün olmayıb. Xoşbəxtlikdən həmvətənlərinə borc verərək, daha sonradan onu bir qədər çox faiz geri alan insanlar var idi. Bu çox şərəfli bir peşə hesab edilməsə də, stabil gəliri təmin edir və qanun da demək olar ki, həmişə borc verənin tərəfində idi.

Qədim Misirdə bizim eradan əvvəl 3-cü əsrdə borc vermənin xüsusi razılıq forması mövcud idi. Borcunu zamanında qaytara bilməyən şəxs, qaytarmalı borcun məbləği çox olduğu təqdirdə borc verən şəxsin quluna çevrilirdi. Qədim Babilistanda isə borc götürən şəxs övladlarını girov olaraq təqdim edə bilərdi. Bu Hammurappinin qanunlarında da öz əksini tapıb. Qədim Hindistanda isə borc verən şəxs min bir fırıldaqdan istifadə edirdilər.

Qədim Roma qanunları da borcdan asılılığa icazə verirdi. Borcunu qaytara bilməyən şəxs kreditorun quluna çevrilirdi ki, ikinci də onu müddətli həbsxanaya salırdı. Kreditor ayda üç dəfə bədbəxt borcalanı bazara çıxarırdı. Onun borcunu ödəmək istəyən könüllü şəxs yaxınlaşıb onun borcunu ödəyə bilərdi. Bundan sonra isə onlar arasında münasibətlərin necə tənzimləndiyi məlum deyil…

ssudnye-kazny-uchetnye-vekseli-obschestva-vzaimnogo-kredita-kak-v-belarusi-poyavilos-bankovskoe-delo_2

Əlbəttə ki, o dövrün kreditorları heç bir skorinq proqramına ehtiyac duymurdular. Borcalana baxdıqda onun krediti nə üçün istədiyi asanlıqla bəlli olurdu: kasıb – sağ qalmaq üçün, varlı – hər hansı bir incəsənət nümunəsi, yaxud daha bacarıqlı qul almaq üçün, kəndli isə daha yaxşı alətlər almaq üçün. Kreditorlar borc pul verərkən heç bir riskə getmirdilər, gördüyümüz kimi qnaun onların tərəfində idi. Lakin o dövrün insanlarının öz borclarına qarşı müasir insanlardan daha məsuliyyətli olduqlarını da deyə bilmərik.

Orta əsrlərdə kreditləşmənin miqyasları kifayət qədər ciddi olsa da, intibah və kamilləşmək dövrlərində bu miqyaslar genişlənməyə başladı. 16-17-ci əsrlərdə Avropada ilk kommersiya bankları yaranmağa başlayır. Lakin bura əsas olaraq sahibkarlar və tacirlər üz tuturlar. Sadə vətəndaşlar sələmçi və yaxud lombarda getməyi üstün tuturdular. Məhz bu zaman sələmçilər qəddar və pislik obrazı olaraq formalaşmağa başlayır. Belə hesab edilir ki, vicdanlı vətəndaşlar yalnızca ən çıxılmaz ehtiyac zamanı girov qoyaraq borc götürə bilər. Lakin aristokratlar bunu “sadə camaatın uydurması” adlandırır və fəal olaraq veksel kreditlərindən istifadə edirdilər.

Veksellər və pullardan başqa, kreditin başqa bir növü də mövcud idi. Hər hansı bir istehsalçıdan onun məhsulunu kreditə götürmək olardı. Bu kreditdən həm işçilər, həm də əyanlar istifadə edirdilər. Qəssablar, pivəçilər, çörəkçilər öz məhsullarını uzun illər boyu borca verirdilər. Kreditə yalnız məhsul deyil, xidmət də götürmək olardı. Çəkməçilər, paltaryuyanlar, liman işçiləri, zərgərlər öz daimi müştəriləri üçün öz xidmətlərini kredit kimi təklif edə bilərdilər. Lakin adi kəndli zədə aldıqda, işini itirdikdə və yenisini tapmadıqda borcunu çox çətin geri qaytara bilirdi. Quru canından başqa bir qəpiyi belə olmayan bir şəxsin nəyini əlindən ala bilərdilər?!

Sadə vətəndaşlar borcunu ödəyə bilmədiyi halda, aristokratlar ümumiyyətlə bunun marağında deyildilər. Onlar ən yaxşı dərzilərdə gözəl paltralar tikdirir, dəbdəbəli zərgərlik nümunələri hazırlatdırır və daha sonradan pulunu ödəmirdilər. Bu aristokratların bir növ vərdişinə çevrilmişdi. Lakin bütün bu aristokratlardan əlavə, ən pis borcalan kralın özü idi.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər