5 C
Baku
Friday, March 29, 2024

Kriptovalyuta bazarının kapitalizasiyası yenidən rekord səviyyəyə çatıb

Son bir neçə həftə ərzində kriptovalyuta bazarında enmə müşahidə edilməsinə baxmayaraq, bazarın kapitalizasiyası yenidən 95 milyard dollar göstəricisini keçib.

Banker.az xəbər verir ki, kriptovalyuta bazarının kapitalizasiyası son dəfə iyun ayının əvvəlində belə yüksəyə qalxa bilmişdi. Bu zaman bazarda əhval-ruhiyyə kifayət qədər optimist idi.

Lakin xakerlər Ethereum rəqəmsal valyutasının müştəri kanalına hücum edərək geniş miqyaslı qarət həyata keçirdikdən sonra bazarda vəziyyət pisləşməyə başlamışdı. Qiymətlər endikdən sonra bazar kapitalizasiyasında da enmə yaşandı.

Bununla belə, bazar kapitalizasiyası özünü bərpa edə bildi. Bu isə əsas olaraq Bitcoin valyutasının qiymətinin sabitləşməsi fonunda baş verdi.

Son xəbərlər
Digər xəbərlər