Kriptovalyuta həbsləri: İspaniyada pul yuyulmasına görə 11 nəfər saxlanıldı

İspaniya hökuməti kriptovalyuta vasitəsilə pul yuyulmasına görə 11 nəfəri həbs etdi

The Cointelegraph məlumat verir ki, press-relizə əsasən, Europol və İspaniya Milli Qvardiyasının birgə əməliyyatı rəqəmsal valyuta vasitəsilə pul yuyan 11 nəfərin həbsi ilə sona çatdı

Europol-un məlumatlarına əsasən, istintaq qanunsuz yolla əldə edilən vəsaitlərin sərbəstləşdirilməsi üçün kredit kartları və kriptovalyutadan istifadə edən bir cinayətkar qruplaşmaya yönəlmişdi.

Hazırda 174 hesabda narkotik ticarətindən əldə edilmiş 8 milyon avronun cinayətkarlar tərəfindən deponə olunduğu məlumdur.

Bank əməliyyatlarının izlənilə biləcəyini anlayan cinayətkarlar, bitcoin və digər kriptovalyutalardan istifadə etməyə qərar verərək vəsaitləri birja vasitəsilə mübadilə etmiş, sonra isə onları pesoya çevirərək Kolumbiya hesablarına göndəriblər.

Finlandiyada yerləşən mübadilə məntəqəsi qruplaşmanın izlənməsi üçün zəruri məlumatları təmin edərək istintaqla əməkdaşlıq edirdi.

Hazırda Mülki Qvardiya 137 nəfərlə bağlı istintaqı davam etdirir.

📝 RƏY BİLDİR