15 C
Baku
Friday, March 29, 2024

Kriptovalyuta hackerləri İngiltərə hökumətinə hücum ediblər

Keçən həftənin sonlarında İngiltərənin məlumatlar təhlükəsizliyi üzrə idarəetmə və digər resurslar kriptovalyuta hackerləri tərəfindən kiberhücuma məruz qalıblar.

İnformasiya təhlükəsizliyi üzrə mütəxəssis Scott Helme-nin sözlərinə görə dövlət saytları da daxil olmaqla ümumi olaraq 4000-ə yaxın sayt bu kiberhücumdan zərər çəkib. Öz tanışlarından birinin sürətli reaksiyası sayəsində Helme kiberhücumun mənbəyini təyin edə bilib. Belə ki, kiberhücumun mənbəyi Browsealoud plugininin saytı olub. Hackerlər həmin saytı kriptovalyuta mayninqi üçün istifadə ediblər. Coinhive adlı mayninq virus yoluxmuş kompüterdə hər dəfə brauzerin işə salınması zaman prosesə start verirdi. Zərərli kod isə artıq deaktivləşdirilib.

“Bu çox sərfəli plandır. Onlar bir saytı yoluxdururlar. Həmin yoluxmuş sayt isə digər 5000 saytı yoluxdurur. Bu çox ciddi qanun pozuntusudur. Onlar insanların şəxsi məlumatlarını oğurlaya və ya onların kompüterlərinə zərərli proqram təminatı yükləyə bilərdilər” – deyə Scott Helme bildirib. Onun apardığı analiz nəticəsində məlum olub ki, virus 4 saat ərzində şəbəkədə olub. Lakin sonradan Browsealoud plugininin saytına sahib “Texthelp” şirkəti bu məsələ ilə bağlı tədbir görməyə başlayıb. Lakin hackerlərin dövlət saytlarına hücum edərək hansı vəsaitdə kriptovalyuta mayninq etdikləri məlum deyil.

Son xəbərlər
Digər xəbərlər