12 C
Baku
Thursday, March 28, 2024

Kriptovalyuta mayninqi energetik krizisə səbəb olacaq

“Nomura” maliyyə şirkətinin mütəxəssisi Jordan Rochester əmindir ki, yaxın zamanda dünyada kriptovalyuta krizisi baş verəcək.

Bu barədə Business Insider saytı xəbər verib. Onun fikrincə bitcoin digər sahələrə də ciddi təsir etməyə başlayıb. İlk növbədə söhbət energetikadan gedir. O qeyd edib ki, kriptovalyutaların əldə olunması üçün enerjiyə sərf olunan xərclər gözlənildiyindən daha sürətlə artır. Əsasən bu, Çin üçün aktualdır. Belə ki, bitcoinin əldə olunması üçün mayninq fermaların 71%-i məhz Çində yerləşir.

“2016-cı ilin Mart ayında aparılmış hesablamara əsasən bitcoinin əldə olunması üçün sərf olunan elektroenerji Daniyanın sərf etdiyi elektroenerjiyə 2020-ci ildə bərabər olmalı idi. Lakin bitcoin bu nəticəyə artıq çatıb. Yəni güman olunan zamandan 3 il qabaq. Qlobal bazara təsir göstərmək üçün bitcoin hələ cavandır. Lakin o artıq Asiyanın regional bazarlarına təsir edir. Bitcoinin dünya üzrə satışlarının yarısı Yaponiyanın payına düşür. ABŞ-a isə 1/4 hissəsi düşür. Kriptovalyuta krizisi baş versə də, bu Asiyada baş verəcək” – deyə Jordan bildirib.

Qeyd etmək lazımdır ki, 2017-ci ildə kriptovalyuta mayninqi artıq videokart bazarına təsir göstərərək onların qiymətlərini qaldırmışdır.

Son xəbərlər
Digər xəbərlər