22 C
Baku
Saturday, April 20, 2024

Kriptovalyutalar bəzi ölkələrdən daha çox elektrik sərf edir

Banker.az xəbər verir ki, Ethereum kriptovalyutasının mayninqi bütün Kipr adasından, həmçinin Kamboca və Bruneydən daha çox elektrik sərf edir.

Lazımi avadanlıq olduqdan sonra ev şəraitində mümkün olan Ethereum rəqəmsal valyutasının mayninqi təqribən 4.2 teravatt-saat tələb edir. Bu haqda məlumatı isə Digiconomist araşdırmasına istinadən Business Insider verib.

Ethereum təsisçisi Vitalik Buterin-in verdiyi proqnoza əsasən, bu kriptovalyuta şəbəkəsinin mayninq tələb etməyən Casper protokoluna keçməsi bir çox üstünlüklər qazandıracaq.

Bununla yanaşı, Bitcoin və Ethereum birlikdə İordaniya, İslandiya və Dominikan Respublikasından daha çox elektrik sərf edir. Lakin Ethereum Bitcoin valyutasından enerji baxımından daha sərfəlidir. Qeyd etmək lazımdır ki, ənənəvi ödəniş şəbəkələri bu həcmdə enerji sərfi tələb etmir.

Son xəbərlər
Document

Rəqəmsal Həlləri

  • ERP Sistemi
  • CRM Müştəri Bazası
  • POS Kassa və Satış
  • İcarə
  • Layihələr
  • Anbar
  • Maliyyə
  • İnsan Resursları
  • İstehsalat
  • Satınalma
  • Tapşırıqlar
  • Ticketing
  • Çağrı Mərkəzi
  • Analitika
  • Elektron Ticarət
  • ERP Sistemi
Digər xəbərlər