15 C
Baku
Friday, March 29, 2024

Kriptovalyutalar geniş miqyaslı maliyyə böhranı yarada bilər

Banker.az xəbər verir ki, Almaniya Mərkəzi bankının prezidenti, alman iqtisadçı Yens Vaydmann Frankfurtda çıxışı zamanı Bitcoin kimi kriptovalyutaların dağıdıcı potensialı barədə xəbərdarlıq edib. Ümumilikdə, kriptovalyutalar daha əvvəlkilərdən daha dağıdıcı ola biləcək növbəti maliyyə böhranı yarada bilər.

Vaydmann qeyd edib ki, tezliklə Mərkəzi banklar şəxsi rəqəmsal valyutalarını yaradacaqlar ki,  bu da əhalinin belə valyutalara əminliyini artıracaq və onların banklardan yatırımlarını kütləvi şəkildə geri götürmələrinə səbəb olacaq.

Vaydmannın bu fikirləri səsləndirməsinə əsas səbəb – tezliklə Mərkəzi bankların sahib olduqları şəxsi valyutaları sayəsində əhali öz yatırımlarını banklardan daha sadə şəkildə götürə biləcək. Bunun üçün müştərilərin bank bölməsinə getməsi belə tələb olunmur. Bütün lazımi əməliyyatları online və yaxud mobil pulqabının köməkliyi ilə həyata keçirmək mümkün olacaq – ideyası oldu.

Son xəbərlər
Digər xəbərlər