15 C
Baku
Friday, April 26, 2024

Külli miqdarda xarici valyutanın ölkədən çıxarılmasının qarşısı alındı

Hədəflənmə və risk faktoru əsasında müəyyən olunmuş tədbirlər nəticəsində Gürcüstanla sərhəddə yerləşən “Sınıq Körpü” gömrük postunda Azərbaycandan Gürcüstana gedən Azərbaycan vətəndaşı Ələsgərov Sakit Vilayət oğlunun idarə etdiyi “Volkswagen” markalı, 05 BF 398 dövlət nömrə nişanlı minik avtomobilində yoxlama aparılması nəzərdə tutulub.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Banker.az verilən xəbərə görə, vətəndaş gömrük nəzarəti üzrə gömrükçülərin qanuni fəaliyyətinə mane olmağa çalışıb, lakin kənar müdaxilə cəhdlərinə baxmayaraq avtomobil yoxlamadan keçirilib.

Nəticədə avtomobilin gizli saxlanc yerlərindən, gömrük nəzarətindən gizlədilmiş şəkildə 3 540 000 Rusiya rublu (59 000 ABŞ dolları ekvivalentində) aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər