Ləğv edilmiş Sığorta Şirkəti ilə bağlı Platadan MÜRACİƏT

Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv prosesində olan “Alfa Sığorta” ASC-nin kreditorlarına müraciət edib.

Palatadan verilən xəbərə görə, iyulun 1-dən etibarən “Alfa Sığorta” ASC-nin ləğvi ilə bağlı yaradılmış ləğvetmə komissiyası müraciətləri Bakı şəhəri, Bülbül prospekti, 27, AZ1000 ünvanında (Maliyyə Bazarlarına Nəzarət Palatasının inzibati binası) qəbul edir.