Ləğv olunan “Gəncəbank”ın kreditorlarının nəzərinə

FOTO: Report

Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan “Gəncəbank” ASC-nin bütün kreditorlarının diqqətinə çatdırır ki, növbəlikdə sonuncu sırada olan təminatsız kreditorların tələblərinin növbəti ödənişi 12 fevral 2018-ci il tarixdən etibarən başlanacaq.

Banker.az-ın məlumatına görə, tələblərin ödənişi nağdsız qaydada həyata keçiriləcək.

Kreditorlardan xahiş olunur ki, tələblərin ödənişi ilə bağlı ləğv prosesində olan “Gəncəbank” ASC-nin Gəncə şəhəri, Atatürk prospekti 260 ünvanında yerləşən inzibati binasına müvafiq sənədlərlə müraçiət etsinlər və bank rekvizitlərini qeyd etsinlər.

Əlavə məlumat almaq üçün əlaqə nömrələri:

  • Gəncə ş. (022) 256 04 93/ (022) 256 03 44
  • Bakı ş. (012) 596 65 91/92/93
  • Qaynar xətt: 941
📝 RƏY BİLDİR