15 C
Baku
Saturday, April 20, 2024

Ləğv olunan “Kredobank”la bağlı xəbər var

Ləğvetmə prosesində olan “Kredobank” ASC-də Kreditorlar Komitəsi yaradılıb.

Bu barədə Bankın ləğvedicisi olan Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun (ADIF) açıqlamasında bildirilir.

Fond bəyan edib ki, kreditorların maraqlarının təmsil edilməsi və bankın səmərəli ləğvi məqsədi ilə kreditorlar komitəsinin yaradılması zərurəti yaranıb. Bununla əlaqədar “Banklar haqqında” qanuna uyğun olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasına müraciət olunub və müsbət cavab alınıb. Bu il yanvarın 19-da Kredobank”ın Kreditorlar Komitəsinin yaradılmasına dair sorğu ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilib, martın 3-də isə müvafiq sorğunu məhkəmə təsdiq edib.

Ləğvedici məhkəmənin qərarı rəhbər tutularaq komitənin tərkibinin formalaşdırılması üçün bankın kreditorlarına dəvət məktubları göndərib. Mayın 10-da, saat 16:00-da ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, 16 ünvanında yerləşən inzibatı binasında komitənin ilk iclasının keçirilməsi nəzərdə tutulur. İclasın gündəliyinə Kreditorlar Komitəsinin Əsasnaməsi ilə tanışlıq, Komitə sədrinin və iclasın katibinin seçilməsi, Komitənin iş planının hazırlanması, növbəti iclasın tarixi və gündəliyinin müəyyən edilməsi məsələləri daxildir.

“PAŞA Həyat Sığorta”nın bankdan alacağı var

Siyahıda “PAŞA Həyat Sığorta” ASC-nin, Müdafiə Sənayesi Nazirliyinə məxsus “Elektron Hesablayıcı Maşınları Zavodu” MMC, eləcə də “Azərbaycan İpoteka Fondu” ASC-nin adı var.

Bununla yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 7 şirkət, Milli Mədəniyyətin Təbliği İctimai Birliyi, həmçinin 8 fiziki şəxs də “Kredobank”ın kreditorları siyahısındadır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər