24 C
Baku
Thursday, April 18, 2024

Laplandiyadan olan milyarder

Santa Klaus ən çox tanınan beynəlxalq brenddir. Onun dəyəri Apple, Coca-Cola və Google şirkətlərinin dəyərindən çoxdur. Ən məşhur brend üzərində yalnız məhsulların istehsalçıları və riteylerlər deyil, həmçinin böyük ölkələr pul qazanmağa çalışırlar. Axı onlar üçün Santa-Klaus turistləri cəlb etməyin əla bir üsuludur. Tədqiqatçılar Santanı maliyyə tədqiqatlarının obyekti kimi araşdırmışdılar və alimlərin sehirbazın fəaliyyətini hər tərəfdən təhlil etdikləri nəticəsinə gəliblər.

Qırmızı- ağ libasda Şaxta baba

Xizəklər üstündə şən, özlərini yaxşı aparan uşaqlara hədiyyə paylayan Santa- Kalus obrazının əsası XIX əsrdə ABŞ-da, Kanadada formalaşmışdır. 1809-cu ildə onun haqqında «Nyu-York hadisələri»-ndə Vaşinqton İrvinq danışmışdı. Bu mövzunu 1823-cü ildə Klement Klark Mur «Milad ərəfəsinin gecəsi və yaxud Müqəddəs Nikolayın səfəri» pormində inkişaf etdirir, 1863-cü ildə isə Harper’s Weekly –nin rəssamı Tomas Nast Santa-Klausun karikaturalarını çəkir, həmçinin uşaqlar üçün də rəsmlər yaradır.

XX əsrin əvvəlində Santa- Klausu reklamda istifadə etməyə başlayırlar. Məsələn, 1915-ci ildə  ilk sərinləşdirici içkilər istehsal edən White Rock Beverages şirkəti bu personaji öz mineral içkilərini reklam etmək üçün istifadə edirlər.

Artıq White Rock Beverages-in elanlarında Şaxta baba qırmızı və ağ libasda idi. Lakin Santa- Klaus əsl məşhurluğunu Cola- Cola şirkətinin reklamında iştirak etdikdən sonra qazanır. 1931-ci ildə isə rəssam Xeddon Sandblom onun görkəmini təkminləşdirərək, şirkətinin də qeyd etdiyi kimi, “qırmızı və ağ libaslar geyinmiş qoca kişini deyil, Santanın özünü çəkmişdi”.

Ciddi iş

O zamandan etibarən Santa –Klaus daha çox tanınmağa başlayır və ilk  növbədə Sanblomun rəsmi ilə bağlı olaraq qəbul edilirdi. Miladdan qabaq mətbuatda Santanın həyatından hadisələr.
Məsələn, ABŞ sərhədlərini keçmək və ölkə üzərindən uçmaq icazəsi Santaya kənd təsərrüfatı nazirliyi və vətəndaş aviasiyası Federal idarəetməsi verirdi. 1995-ci ildə isə qazetlərdən biri səhvən “Santanın qaynar xətti” telefonu qismində Şimali Amerikanın hava-kosmik müdafiə Birgə idarəetməsinin nömrəsilə (NORAD) verilir. NORAD-da Santaya zəng edən uşaqları üzməmək qərarına gəlirlər və onlara Santa- Klausun xizəklərin “koordinatlarını” verməyə başlayırlar. Tədricən bu bir adətə çevrilir. 1998-ci ildən etibarən Santanın uçuşunu Santa Tracker saytında, 2009-cu ildə isə Google Earth-da izləmək mümkün olub.

Bu yaxınlarda Santanı Google ilə müqayisə ediblər. Güya onların hər ikisi, həm santa, həm də Google “hər kəs haqqında hər şeyi” bilirlər: kim harada yaşayır, nə axtarır, həmçinin məktublarda nə yazıldığı.
Forbes də Santanı qəbul edir: 2005-ci ildə uydurulmuş 15 ən bahalı milad personajların içərisində Santa- Klaus birinci yeri tutmuşdu.  Onun sərvəti sonsuz olaraq qiymətlənmişdi. Tərtibatçılar Santanı uydurulmuş personaj kimi qəbul etməkdən imtin etdikləri üçün artıq gələn il, yəni 2006-ci ildə, Santa bu reytinqi tərk edir.

Nəhayət, bu il britaniyalı marketoloqlar işlər brendlərə və onların mövqeyilərinin tutulmasına getdikdə Santanın “qızıl (və yaxud ağ-qırmızı) standart” olduğunu bəyan etmişdilər. BrandFinance-da ticari marka kimi Santanın dəyərini 1,6 trilyon olaraq qiymətləndirmişdilər. Müqayisə üçün deyək ki, Apple korporasiyasına məxsus brendin dəyəri 87,3 milyard dollardır.


Hər şeydən gəlir əldə etmək

Jurnalistlərin də qeyd etdiyi kimi, ticari marka kimi Santanın əsas çatışmazlığı onu ildə bir dəfə yada salmaqlarıdır. Finlandiyada bu ilin dekabrında brendi bütün dünyaya yaymaqla məşğul olmağa başlayıblar. Finlandiya hökumətinin reklamlara Çindən başlayacağı təxmin edilir: bu ölkədə reklama 300 min avro ayrılıb. Milad personajını kompüter oyunları, beynəlxalq sərgilər vasitəsi ilə reklam etdirmək planlaşdırılır.

Son xəbərlər
Digər xəbərlər