12 C
Baku
Friday, March 29, 2024

Latviya Mərkəzi Bankının sədri rüşvətə görə həbsə düşdü, istefa verməyəcək

Rüşvət almaqda ittiham olunaraq Korrupsiya ilə Mübarizə Bürosu tərəfindən saxlanılan Latviya Mərkəzi Bankının sədri istefa vermək istəmir.

Xarici KİV-ə istinadən, ölkənin baş bankiri İlmar Rimşeviç bu gün keçirilən mətbuat konfransında bildirib ki, Mərkəzi Bankın sədri olaraq vəzifəsinin icrasına davam etməklə bağlı qərar alıb.

Rimşeviç, eyni zamanda bildirib ki, onu öldürməklə təhdid edirlər: “Aydındır, mən Latviyada kimlərisə narahat etməyə başlamışam. Məni öldürməklə təhdid edirlər. Bu haqda hüquq mühafizə orqanlarını məlumatlandırmışam”.

Qeyd edək ki, baş bankir 48 saatlıq həbsdən sonra ötən gün 100 min avro girov qoyaraq azadlığa çıxıb.

Rimşeviç küllü-miqdarda rüşvət almaqda ittiham olunur. Rüşvətin həcmi 100 min avro civarında olub.


©Qafqazinfo

Son xəbərlər
Digər xəbərlər