Layihədə BP-nin payı azaldı, SOCAR-ın artı

Azəri-Çıraq Günəşli yatağı

Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinin iştirakçı paylarında dəyişikliklər olub.

Banker.az-a BP Azərbaycan-dan daxil olan məlumata görə, 2018-ci ilin ilk rübü ərzində BP-nin iştirakçı payı 35,8%-dən 30,37%-ə düşüb. Digər azalmalar isə “İNPEKS”(9,31%), “İTOÇU”(3,65%) və “EksonMobil”(6,79%) şirkətləridir.

SOCAR-ın isə əksinə 11,6%-dən 25%-ə yüksəlib. Digər artımlar isə “Şevron”(9,57%), “Statoil”(7,27%), “TPAO” (5,73%) və “ONGC Videş Limited” (2,31%) şirkətləri olub.

📝 RƏY BİLDİR