17 C
Baku
Friday, April 19, 2024

Lazımsız keyfiyyət

Böyük zavoda sahib bir insan bu işlərdə mütəxəssis olan bir insanın yanına gəlir və deyir:

—Mən müştərini necə məcbur edə bilərəm ki, mənim məhsuluma artıq pul ödəsin?

— O nəyə görə pul ödəyir? – deyə mütəxəssis soruşur və zavod sahibi istehsal etdiyi məhsul haqqında danışmağa başlayır. Mütəxəssis onu dinləyir və yenidən soruşur:

— O nəyə görə pul ödəyir? — bunu eşidən müəssisə sahibi bir qədər düşünür və mütəxəssisə təşəkkür edərək gedir.

O üç aydan sonra yenidən mütəxəssisin yanına qayıdır və deyir:

— Çox sağ olun! Sizin sözlərinizdən sonra mən müştərilərlə söhbət etməyə başladım və bir cəhəti özüm üçün kəşf etdim. Artıq bilirəm ki, əvvəllər müştərilər üçün vacib hesab etdiyim məhsullar, sən demə heç onları maraqlandırmır da. Belə olduqda, mən məhsulu dəyişdim və onda yalnızca müştərinin üstünlük verdiyi cəhəti saxlayaraq daha da yaxşılaşdırdım. Onu istehsal etmək indi daha ucuz başa gəlir, onu satdıqda isə iki qat baha qiymətə satıram. Bunu mənə izah etdiyin üçün sənə minnətdaram!

Mütəxəssis gülümsəyir və deyir:

— Bu ticarət yoludur, yola minnətdar ol!

Son xəbərlər
Digər xəbərlər