15 C
Baku
Friday, March 29, 2024

Lazımsız xərclərdən necə xilas olmaq olar?

Shopping – əksər insanların ciblərinin ən başlıca düşmənidir. İnsanlar çox zaman cəlbedici qablaşdırmalara, brendlərin məşhurluğuna aldanaraq lazımsız alış-verişlər edirlər.

Əksəriyyətimiz ticarət mərkəzlərində zaman keçirməyi sevirik. Nəticədə isə bu lazımsız pul sərfi ilə bitir və büdcəyə ziyan vurmaqla kifayətlənir. Digərləri isə özlərini bir çox yeniliklərlə mükafatlandırırlar. Lakin müəyyən müddət keçdikdən sonra bu əşyanın heç də lazımlı olmadığı anlaşılır.

Bəs emosional alış-verişə necə qarşı gələ bilərik?

Özünüzü pullarla bağlı məhdudlaşdırmağa çalışın

Üzərinizdə daim böyük məbləğli pul saxlamayın və minimum məbləğlə günü başa vurmağa çalışın. Pul qabınızda nahar, gediş haqqı və lazımı məişət alış-verişinə kifayət edəcək qədər pul olması məsləhətdir. Kiçik bir məbləği isə gün ərzində qəfil, lakin mühüm bir alış-veriş üçün ayıra bilərsiniz.

Yalnız nağd ödənişlərdən istifadə etməyə çalışın

Statistikaya əsasən insanlar görmədiyi pulları daha rahat xərcləyirlər. Buna görə də, ticarət  məntəqələri fəal şəkildə nağdsız ödənişləri dəstəkləyir. Virtual pullardan pul qabınızda olan nağd pullardan fərqli olaraq daha rahat imtina edirsiniz. Çalışın mümkün olduğu müddətcə nağd ödənişlərdən istifadə edin.

Büdcəni planlaşdırın

Şəxsi büdcənin effektiv planlaşdırılması üçün öz xərclərinizi bir neçə ay əvvəldən təyin etməyinizə ehtiyac yoxdur. Üstəlik də, inflyasiya şərtlərində bu heç də həmişə mümkün deyil. Maliyyə planınızı növbəti aydan başlayın. Lakin bu bütün laızmsız xərc və alış-verişdən “təmizlənmiş” real büdcə olmalıdır. Planın əsas vəzifəsi sizə “xəsisliyi” öyrətmək və lazımsız alış-verişin cəlbediciliyi ilə mübarizə aparmağa kömək etməkdir.

Son xəbərlər
Digər xəbərlər