23 C
Baku
Friday, April 19, 2024

Lenovo şirkətinin Google ilə 2,91 milyardlıq müqaviləsi

Çinin Lenovo şirkəti Google şirkətindən Motorola Mobility telefonları istehsalçısını alacaq. Müqavilənin dəyəri isə 2,91 milyard dollar təşkil edəcək.

Müqavilə imzalandıqdan sonra Lenovo Google şirkətinə 660 milyon dollar ödəyəcək, 750 milyon dollar isə şirkətə qiymətli kağızlar formasında veriləcək. Geri qalan 1,5 milyard dolları isə üç il ərzində ödəyəcək. Motorola şirkətinə məxsus olan patentlərin əksəriyyəti isə Google-da qalacaq.

Google şirkəti 2012-ci ildə Motorola şirkətinin sahibi olmuşdu. O zaman müqavilənin dəyəri 12,5 milyard dollar idi. 2012-ci ilin sonunda Google 2,5 milyard dollara şirkətin bir bölməsini satmışdı.

Qeyd edək ki, Motorola şirkəti 1929-cu ildə ABŞ-da yaradılıb. Şirkət ilk olaraq telekommunikasiya cihazlarının istehsalı ilə məşğul olurdu. 1983-cü ildə isə ilk mobil telefonunu istehsal etdi. 1990-cı ildə Motorola mobil telefon istehsalçıları bazarında lider mövqeyə sahib idi.

Son xəbərlər
Digər xəbərlər