“LG” şirkətinin rəhbəri dəyişib

“LG Group” şirkətinin başçısının dəyişməsi nəticəsində rəhbərlik Ku Bon-mudan onun oğlu – Ku Kvan-moya keçib. Sonuncu 29 iyun 2018-ci ildə şirkətin Direktorlar Şurasının üzvü və icraçı direktoru seçilib.

“Ferra” resursu yazır ki, bu, şirkətdə artıq dördüncü nəsil rəhbər dəyişikliyidir və idarəçilik ənənəvi olaraq Direktorlar Şurasının sədrinin böyük oğluna verilir.

Qeyd edək ki, Ku Bon-mu mayın 20-də 73 yaşında beyin xərçəngindən vəfat edib. 1978-ci ildə anadan olan onun oğlu Ku Kvan-mo “LG Electronics” maliyyə komandasına 2006-cı ildə qoşulub. O, hazırda holdinqin səhmlərinin 6,24 faizinin sahibidir. Ataya məxsus səhmlər (11,28 faiz) Ku Kvan-moya veriləndən sonra o, şirkətin ən böyük səhmdarı olacaq. Səhmlərin 7,72 faizi onun kiçik qardaşına məxsusdur.