13 C
Baku
Friday, April 26, 2024

“Lider” ödəniş sisteminin internetdə onun nüfuzuna xələl gətirəcək və öz təsdiqini tapmamış məlumat ilə bağlı müraciəti

 “Lider” QKT SC (Qeyri-kommersiya təşkilatı, Səhmdar cəmiyyəti) “Lider Beynəlxalq Pul köçürmələri” adlı ödəniş sisteminin operatorudur və hesabat mərkəzi, əməliyyat mərkəzi, ödəniş klirinq mərkəzi, mərkəzi ödəniş klirinqi kontragenti və təsdiqedici mərkəz funksiyalarını icra edir. “Lider Beynəlxalq Pul Köçürmələri” ödəniş sistemi 11 iyun 2014-cü il tarixində Rusiya Federasiyasının Mərkəzi bankı tərəfindən ödəniş sistemləri operatorları reyestrində sosial əhəmiyyətli sistem elan edilmiş, 2015-ci ilin mart ayında isə milli əhəmiyyətli ödəniş sistemi statusunu qazanmışdır.

Xüsusi olaraq qeyd etmək mütləqdir ki, hər hansı digər kredit təşkilatları tərəfindən bank qanunvericiliyinin və Rusiya Bankının tələblərinin pozulması heç bir şəkildə “Lider” QKT-nın maliyyə vəziyyətinə təsir edə bilməz. Həmçinin risklərin minimallaşdırılması “Lider” təşkilatının Rusiya Federasiyasının heç bir digər kredit təşkilatı ilə qarşılıqlı münasibətinin olmaması və heç bir maliyyə holdinqi və yaxud bank qrupuna daxil olmaması ilə təmin edilir. Mümkün risklərin minimallaşdırılması məqsədilə “Lider” əməliyyatlar üzrə əsas hesabat həcmini Rusiya Mərkəzi bankında, həmçinin yüksək etibarlılıq reytinqinə və dövlət iştirakına malik olan nəhəng kommersiya banklarında açılmış korrespondent hesablar üzrə həyata keçirir.

Həmçinin “Lider” təşkilatı heç bir kredit təşkilatı və hüquqi şəxslər qarşısında yerinə yetirilməmiş öhdəliklər daşımır və debitor və kredit borcuna sahib deyil. Likvidliyin qorunması isə təşkilatın resurslarından düzgün və zamanında istifadə edilməsi ilə həyata keçirilir. “Lider” ödəniş sistemi fiziki şəxslər arasında klassik pul köçürmələrindən tutmuş demək olar ki, istənilən provayderin (dövlət, kommunal xərclər, mobil əlaqə, online ticarət və s.) xidmət haqqını ödəmək imkanı qazandırır. Ümumilikdə, Sistem üzrə həyata keçirilən köçürmələrin həcmi keçən ilin analoji dövrü ilə müqayisədə 2015-ci ildə 9 ay üzrə 1,5 dəfə artmışdır.

2015-ci ildə təşkilatın ödəniş biznesi də fəal olaraq inkişaf etmişdir və fiziki şəxslərin ödəniş həcmləri 35% artmışdır. 2015-ci ildə müştərilərə xidmət şəbəkəsinin və köçürülmələrin artması “Lider” QKT-nın daimi gəlir artımı və sabit maliyyə vəziyyətinin olmasından xəbər verir. Bu “Lider” ödəniş sisteminin bütün fəaliyyəti boyu yüksək balans gösətriciləri ilə sübut olunur.

“Lider” QKT SC-nin əsas inkişaf strategiyasını ödəniş xidmətləri bazarında geniş spektrdə bank xidmətləri təqdim edən texnoloji və müasir kredit təşkilatı/ödəniş sistemi olaraq lazımi yerə nail olmaq və orada möhkəmlənmək təşkil edir.

Yuxarıda qeyd etdiyimiz kimi, “lider” QKT SC-i müstəqil hüquqi simadır və Rusiya Federasiyasının heç bir kredit təşkilatı ilə əməkdaşlıq etmir və heç bir maliyyə holdinqinin tərkibinə daxil deyil. Bununla əlaqədar olaraq, rəsmi olaraq bildiririk ki, “Lider” QKR AS-nin işgüzar nüfuzuna xələl gətirən istənilən məlumat şirkətin qanuni hüquq və maraqlarının pozulması halı kimi qəbul ediləcək və “Lider” QKT AS-nin məhkəmə hüquq-mühafizə orqanlarına müraciət etməsinə əsas verəcək.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər