Liderlik: “boz kütlə”-dən fərqləndirən uğur vərdişləri

Bu sadə vərdişləri gündəlik fəaliyyət siyahınıza əlavə edin və həyatınızın necə öz axarına düşdüyünü heyrətlə izləyəcəksiniz.

Hər bir yeni günü gözlənti ilə açın:

Gözləntiləriniz özünü doğrultduqda (və yaxud doğrultmadıqda) bu adətən sizə həyatın gerçəkliyi təsirini bağışlayır. Bu səbəbdən də, yuxudan oyanar-oyanmaz “bu gün nə isə gözəl bir şey baş verəcək” deyə düşünün. Və bilirsinizmi ki, tezliklə bu elə də olacaq?!

Planlaşdırma və prioritetlərin təyin edilməsi üçün zaman ayırın:

İnsanların qıcıqlanmasının və gərginliyinin ən geniş yayılmış səbəbi – qalaq-qalaq yığılmış işdir. İşin çox olduğu faktına ilişib qalmayın. Son məqsədinizə daha da yaxınlaşdırın bir işi seçin və ilk olaraq onun həllinə çalışın.

Görüşdüyünüz insanlara hədiyyə edin:

Burada söhbət heç də bahalı, yaxud mükəmməl təşkil edilmiş hədiyyədən getmir. Təbəssümünüz, minnətdarlıq üçün səsləndirdiyiniz bir cümlə, nəzakətli bir jest – dəyəri olmayan hədiyyələr sırasındadır. Dilənən bir şəxsin qarşısından keçərkən qəpiyinizdən keçin. Ruhi rahatlıq, cibinizdə xırda qəpiyin olması faktından daha dəyərlidir.

Fanatik mübahisələrdən imtina edin:

Siyasət və din haqqında qızğın mübahisələrdə “düzgün” fikirlər səsləndirilmir. Bundan əlavə sözügedən bu cür mübahisələr idarə edə bilmədiyiniz mənfi emosiyalar yaradır. Hər kimsə bu mövzuda söhbətə başlamaq istədikdə bu cür mübahisələrin marağında olmadığınızı bildirərək uzaqlaşın.

Keyfiyyətli qida ilə qidalanın. Asta şəkildə

Bəzən dayanmaq və yaxşıca nahar etmək üçün kifayət qədər zamanımız olmur. Buna baxmayaarq, gün ərzində heç deyilsə 1 dəfə sözün əsl mənasında dadlı bir şeyin dadına baxın.

Artıq baş verənə ilişib qalmayın:

Xoşbəxtliyin əsas düşmənlərindən biri nəzarətimiz altında olmayan hər hansı bir məsələyə görə yaşadığımız narahatlıq hissidir. Bəzən artıq baş vermiş bir hadisəyə tam olaraq nəzarəti itiririk. Cari qayğılara köklənin və “…baş verə bilərdi” kimi qəribə fantaziyalara gücünüzü sərf etməyin.

Hər günü minnətdarlıq ilə bitirin:

Yatmadan öncə gün ərzində baş vermiş minimum 1 xoş hadisəni yazın. Bu istənilən şey ola bilər. Küçədə tanımadığınız kiçik bir uşağın sizə gülümsəməsindən tutmuş, 1 milyon dollarlıq müqaviləyə kimi. İstənilən halda yaşadığınız bu günə minnətdarlığınızı ifadə edin, axı o geri qayıtmayacaq…