19 C
Baku
Tuesday, April 16, 2024

Lift paradoksu nədir?

Çox mərtəbəli binada yaşayır və yaxud işləyirsinizsə, liftin ən çox haradan – aşağı və yaxud yuxarıdan gəldiyinə diqqət etmisinizmi? 

Burada paradoks ondan ibarətdir ki, əgər yuxari mərtəbələrin birində olsanız, çağırdığınız lift ən çox hallarda aşağı mərtəbələrdən gəlir. Və əksinə, əgər 2 və yaxud 3-cü mərtəbələrdə olsanız çağırdığınız lift yuxarı mərtəbələrdən gələcək. Bu qəribə qanunauyğunluğu eyni binanın müxtəlif mərtəbələrində işləyən fiziklər Georgi Qamov və Marvin Stern qeyd etmişlər. Bəs məsələ nədən ibarətdir? Bir çox alimlər Qamov və Stern ilə birgə işləyərək bu qəribə paradoksu izah etməyə çalışmışlar.

Bu versiyalardan izaha ən uyğun gələn variant ilə tanış olaq:

Yuxarı mərtəbədə olan insanlara lift təbii ki, aşağı mərtəbədən gələcək, daha sonra isə yenidən aşağı düşəcək. Sona ən yaxın mərtəbələrdə yerləşən sərnişinlərə ən üst mərtəbəyə qalxan lift gələcək. Bu lift bir az sonra aşağı düşməyə başlayacaq. Belə alınır ki, üst mərtəbələrdə olanlara ilk olaraq aşağı mərtəbələrdən qalxan lift “qismət” olur.

Təbii ki, burada söhbət şərti, yəni hər hansı digər qanunauyğunluğun olmadığı binadan gedir. Məsələn, əməkdaşların iş gününün sonunda kütləvi halda aşağı mərtəbəyə düşmədiyi bir bina

Son xəbərlər
Digər xəbərlər